Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

"GƏNC LİDERLƏR" HƏYƏCAN TƏBİLİ ÇALIR

Fərid Şahbazlı: "Azərbaycan idarə olunan porno saytların sayı 1000-ə yaxınlaşır"

Ötən gün «Gənc Liderlər» Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra cari və təşkilatı məsələlərlə yanaşı, son günlər ictimaiyyətin diqqətində olan uşaq pornoqrafiyası da müzakirə mövzusu olub. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.

Xəbərə görə, toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Azərbapycan gənclərinin və uşaqlarının mənəviyyatıının ciddi təhlükə altında olduğunu diqqətə çatdıraraq, təşkilatın apardığı araşdırmalar zamanı son 1 il ərzində ölkəmizdən idə olunan porno saytların sayının 1000-ə çatdığını qeyd edib. Təşkilat sədri bu cür saytlarda kiçik yaşlı uşaqların cinsi istismara məruz qalması, onların üzərinlə müxtəlif zorakı işgəncələrin tətbiq olunması, bir sözlə olduqca iyrənc porno görüntülərin yayımlanmasını gələcəyimizh və mənəviyyatımız üçün ciddi təhlükə saçdığını söyləyib. Son vaxtlar bu cür saytların «wap» İnternet proqramı vasitəsi ilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan, Şahbazlı artıq istənilən uşaağın rahatlıqla bu cür əxlaqsız saytları izləmək imkanını olduğunu vurğulayıb.

Davamı...

Yazar: LIDER @İyul 8, 2008 13:27
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 34
Açar sözlər:
Bookmark and Share

ROBERT KÖÇƏRYANIN UŞAQLARIN DÜŞMƏNİ KİMİ TANINMASI ÜÇÜN APARILAN AKSİYA DAVAM EDİR

«Gənc Liderlər» Azərbaycanın səfirliklərinə müraciət etməklə yanaşı, regionlara səfərə çıxır

«Gənc Liderlər» Uşaq Təşkilatının Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Qarabağa hücumlar zamanı 100-dən artıq uşağın ölümünə icraçılıq etdiyi üçün beynəlxalq səviyyədə «Uşaqların düşməni» kimi tanınması istiqamətinlə apardığı aksiya davam edir. Bu barədə məlumatı  «Gənc Liderlər» Uşaq Təşkilatının sədri, aksiya ilə bağlı  yaradılmış Təbliğat Komitəsinin rəhbəri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, artıq bir neçə aydır ki, davam edən aksiyanın birinci mərhələsi artıq başa çatıb. F.Şahbazlının sözlərinə görə, birinci mərhələdə «Gənc Liderlər» R.Köçəryanın «Uşaqların düşməni» kimi tanınması üçün 100-ə yaxın beynəlxalq təşkilata müraciət edib, millət vəkillərinin iştirakı ilə «dəyirmi masa»lar təşkil edib. Ancaq beynəlxalq təşkilatların bu məsələdə də ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini deyən Şahbazlı artıq aksiyanın yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı:

Davamı...

Yazar: LIDER @İyul 1, 2008 12:49
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:
Bookmark and Share

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI ORDU GÜNÜNÜ QEYD EDƏCƏK

Azərbaycanın ən nüfuzlu uşaq təşkilatı orduya dəstək aksiyasına start verəcək

«Gənc Liderlər» Uşaq Təşkilatı iyunun 25-də təşkilatın mərkəzi qərargahında Azərbaycan Ordusunun 90 illiyinə həsr olunmuş «Azərbaycan ordusu uşaqların gözü ilə» mövzusunda dəyirmi masa təşkil edəcək. Bu barədə məlumatı təşkilatın sədri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, təşkil olunacaq tədbir daha çox maarifləndirici xarakter daşıyır. Bu gün uşaq və yeniyetmələrdə ordusu ilə  bağlı çoz az informasiyanın olduğunu qeyd edən Şahbazlı dəyirmi masada tanımıq ictimai xadimlərin və tarixçilərin uşaqlarla bu mövzuda müzakirlər aparacağını bildirdi. Təşkilatın rəhbəri tədbirdə tarixçilərin Azərbaycan ordusunun tarixi barədə məlumat verəcəyini, hər bir gəncin ordunun qüdrətlənməsinə çalışmasının vacibliyini vurğulayacaqlar.

Davamı...

Yazar: LIDER @İyun 21, 2008 4:10
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 36
Açar sözlər:
Bookmark and Share

DƏSTƏK AKSİYASI YEKUNLAŞMAQ ÜZRƏDİR

Mehriban Əliyevanın YUNİSEF-in «Xoşməralı səfiri» seçilməsi üçün 1000-ə yaxın imza quruma təqdim olunacaq

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə Heydər Əliyev Fondunun prezideti, millət vəkili Mehriban Əliyevanın YUNİSEF-in «Xoşməramlı səfiri» seçilməsi üçün başlayan dəstək kompaniyası  yekunlaşmaq üzrədir. Bu barədə açıqlamasında «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı məlumat verib. Onun sözlərin görə, artıq əksək texniki işlər başa çatmaq üzrədir. «Gənc Liderlər» iyun ayının sonu-iyulun əvvəllərində Mehriban Əliyevanın «Xoşməramlı səfir» seçilməsi üçün 1000-ə yaxın imzanı YUNİSEF-in Azərbaycan nümayəndəliyinə təqdim edəcək.

Davamı...

Yazar: LIDER @İyun 19, 2008 12:17
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 45
Açar sözlər:
Bookmark and Share

«WASHİNGTON TİMES» MEHRİBAN ƏLİYEVADAN YAZDI

Məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanır

ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub. Tulin Daloğlunun müəllifi olduğu məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanır.

Davamı...

Yazar: LIDER @İyun 19, 2008 3:28
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share