Məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanır
ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub. Tulin Daloğlunun müəllifi olduğu məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanır.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 43
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur.
Mehriban xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. İki nüfuzlu beynəlxalq mükafata - “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülməsi onun bu sahədəki işlərinin yüksək qiymətləndirilməsini sübut edir.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 40
Heydər Əliyev Fondu fərqli mədəniyyətləri birləşdirir
Müasir dünya üçün müxtəlif dini-mədəni fərqlərə malik toplumların birgə yaşaya bilməsi məsələsi olduqca əhəmiyyətli olub. Dünya üzrə qloballaşma sürtləndikcə avtomatik olaraq bu kimi məsələlər meydana çıxır. Artıq hər hansı milli və ya dövləti məsələ konkret ölkənin sərhədləri daxilində olan reallıqlarla məhdudlaşmır. Düşüncə qlobal miqyasda özünü göstərən faktorları nəzərə almalıdır. Bu isə özlüyündə çoxlu sayda mürəkkəb proseslər haqqında düzgün mövqe tutmaq deməkdir. Müşahidələr göstərir ki, dünyamız bu məsələni sona qədər həll edə bilməyib. Çünki dünyanın müxtəlif guşələrində hələ də günahsız insanların qanı tökülür, aclıq və yoxsulluq milyonları məhv etdiyi bir halda məhdud sayda insan eyş-işrət içində yaşayır. Təbii ki, hər kəsin bir qisməti var. Ancaq Allahın ədalətinin qarşısını heç kəs ala bilməz. Ona görə də insan övladı sivilizasiyaların dialoqunun ən optimal yolunu axtarıb tapmağa məcburdur.
Davamı...
Yazının açar sözləri: Baxış sayı: 32
APA. Sabah Bakıda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iki günlük konfrans öz işinə başlayacaq.
APA-nın məlumatına görə, iclasda gələcək nəsillərin hüquqları, sivilizasiyalar arasında əməkdaşlıq, təhsil, media və əyləncə məsələləri, BMT-nin İnkişaf Proqramı, gender problemi ətrafında müzakirələr aparılacaq. Sessiyanın giriş sözü ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva açacaq. Daha sonra sessiyada Polşa Cənubi Afrika Respublikası, Latviya, Anqolanın birinci xanımları, Türkiyə baş nazirinin həyat yoldaşı, Argentina vitse-prezidentinin xanımı, Rusiya Federasiya Şurasının vitse-spikeri, Texas ştatının qubernatorunun xanımı çıxış edəcəklər. Konfransda “Münaqişə və insan sivilizasiyalarının birliyi”, “Qadınlara ehtiram – həyata ehtiramdır”, “Milli şüur insanların qloballaşmanın tərkibinə çevrilməsinə qarşı müdafiə vasitəsi kimi”, “Qərb və Şərq – biz bir-birimizi necə görürük” kimi mövzularda məruzələr dinlənəcək. Bundan başqa konfransın işində bir sıra qadın nazirlərin, beynəlxalq təşkilatların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin çıxışları gözlənilir.
Yazının açar sözləri: Baxış sayı: 37
Azərbaycan qədim zamanlardan etibarən bəşər sivilizasiyasının mərkəzlərindən və mədəniyyət ocaqlarından biri olmuşdur. Tarixə ekskursiya etsək görərik ki, xalqımız dünyanın hələ yeni-yeni mənimsəməyə başladığı mədəni-mənəvi dəyərlərə min illər öncə malik olmuş, təkrarolunmaz özəllikləri və xüsusiyyətləri ilə seçilmişdir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisinin işğallara məruz qalması, yabançı mədəniyyətlərin təsiri altına düşməsi də mənəviyyatımızı və mentalitetimizi dəyişə, onu öz tarixi köklərindən ayıra bilməmişdir. Bununla belə, həmin işğallar və basqılar təsirsiz də ötüşməmişdir. Ayrı-ayrı həyat sahələrinə, xüsusilə də mədəniyyətimizə yabançı ünsürlərin nüfuzu bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib etmişdi. 1991 – ci ildə Respublikamızın yenidən öz dövlət müstəqilliyinə qovuşmasından, xüsusilə 1993 – cü ildən sonra görülən tədbirlər, həyata keçirilən islahatlar gözlənilən təhlükəni neytrallaşdırmağa imkan verdi. Və bu işdə 2004 – cü ildə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyəti əvəssiz rol oynadı.
Azərbaycanın ictimai-siyasi həyatınamilli-mənəvi dəyərlərimizin müdafiəçisi, hamisi kimi daxil olan bu fondun və onun prezidenti, millət vəkili Mehriban Əliyevanın qısa zaman kəsiyində apardığı çoxşaxəli fəaliyyəti mədəniyyətimizin nəinki yad ünsürlərin təsirindən hifz etdi, həmçinin onu yenidən dünyanın ən inkişaf etmiş və mükəmməl mədəniyyətləri sırasına daxil olmasına imkan yaratdı.
Mehriban xanımın fəaliyyətə başladığı elə ilk günlərdə “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nu təsis etməsi onun gələcəyə hesablanmış fəaliyyətindən və tarixin dərin qatlarından süzülüb gələn milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq istəyindən xəbər verirdi. Son illər onun təşəbbüsü ilə muğam müsabiqələri, bu xalq sənətini yaşadan insanlara ən yüksək səviyyədə qayğı, müxtəlif tarixi dövrlərin yadigarı olan abidələrimizin qorunması və s. YUNESKO-nun “Xoş məramlı səfiri”nin qısa zamanda gördüyü işlərin yalnız bir hissəsidir.
Azərbaycan mədəniyyətinin dirçəlişini və tərəqqisini istəyən hər bir vətəndaş təsdiq edə bilər ki, buna qədər istər muğam sənətinə, istər tarixi abidələrimizə, istərsə də digər maddi-mənəvi sərvətlərimizə münasibət başqa idi. Qloballaşma pərdəsi altında mənəviyyatımıza yad və bayağı musiqi janrları, mentalitetimizdən uzaq seriallar və s. nüfuz etməyə başlamışdı ki, bu da ölkəmizin və xalqımızın məkrli düşmənlərinin məqsədyönlü siyasəti nəticəsində baş verirdi. Bəzi insanların, xüsusilə də gənclərin asanlıqla yabançı ünsürlərin təsiri altına düşməsi təhlükəsi yaranmışdı. Obrazlı şəkildə desək, Mehriban Əliyeva Azərbaycan muğamını ehya etdi, Azərbaycan mədəniyyətini gözlənilən təhlükədən hifz etdi.
Bir şagird olaraq mən məhz Mehriban Əliyevanın mədəniyyətimizin qorunması və təbliği istiqamətində göstərdiyi əməli fəaliyyətdən sonra Azərbaycan muğamı, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qədim insan yaşayış məskəni və digər milli-mənəvi yadigarlarımız haqqında dolğun məlumat almışam. Məhz Mehriban xanımın əməli fəaliyyətinin nəticəsidir ki, bu gün bir neçə abidəmiz YUNESKO tərəfindən qorunan abidələr siyahısına daxil edilmişdir.
Bir sözlə, Mehriban Əliyeva artıq özünü Azərbaycan mədəniyyətinin hamisi və xilaskarı kimi təsdiq edə bilib. Lakin onun görəcəyi və görmək istədiyi işlər hələ çoxdur. Bu yolda ona uğurlar arzulayır və bildirmək istəyirik ki, biz uşaqlar hər zaman ona dəstək olacağıq.
Tural ƏLİYEV
158 saylı məktəbin şagirdi, BMP-nin sədri
Yazının açar sözləri: Baxış sayı: 38