Azərbaycanın ən nüfuzlu uşaq təşkilatı orduya dəstək aksiyasına start verəcək
«Gənc Liderlər» Uşaq Təşkilatı iyunun 25-də təşkilatın mərkəzi qərargahında Azərbaycan Ordusunun 90 illiyinə həsr olunmuş «Azərbaycan ordusu uşaqların gözü ilə» mövzusunda dəyirmi masa təşkil edəcək. Bu barədə məlumatı təşkilatın sədri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, təşkil olunacaq tədbir daha çox maarifləndirici xarakter daşıyır. Bu gün uşaq və yeniyetmələrdə ordusu ilə bağlı çoz az informasiyanın olduğunu qeyd edən Şahbazlı dəyirmi masada tanımıq ictimai xadimlərin və tarixçilərin uşaqlarla bu mövzuda müzakirlər aparacağını bildirdi. Təşkilatın rəhbəri tədbirdə tarixçilərin Azərbaycan ordusunun tarixi barədə məlumat verəcəyini, hər bir gəncin ordunun qüdrətlənməsinə çalışmasının vacibliyini vurğulayacaqlar.
Fərid Şahbazlının sözlərinə görə, Azərbaycanın ən nüfuzlu uşaq təşkilatı olan «Gənc Liderlər» həm öz üzvləri, həmdə ümumilikdə yeniyetmələr arasında orduya dəstək aksiyasına start verəcək. Sentiyabr ayına kimi davam edəcək dəstək kompaniyası ərzində yığılan vəsait Orduya dəstək fonduna köçürüləcək.
Gənc Liderlər uşaq təşkilatı