Reklam verin!

Gürcüstan parlamenti ölkədə 15 günlük hərbi rejim fərmanını təsdiqlədi

Avqust 9, 2008 17:00

Bugün Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkədə 15 gün müddətinə hərbi rejim haqqında imzaladığı fərmanı Gürcüstan parlamenti təsdiqləyib.Yəni bugündən etibarən 15 gün müddətində 24 avqust 2008-ci il tarixinə qədər Gürcüstanda hərbi rejim davam edəcək.

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 10 |

Açar sözlər:

Ermənistan hərbi qüvvələri yenə də atəşkəsi pozub

Avqust 6, 2008 11:33

Bu dəfə hədəf Tovuz,Füzuli,Goranboy,
Xocavənd,Ağdam və Tərtər rayonları olub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 5-də və 6-da növbəti dəfə atəşkəs rejimini pozublar. Erməni ordusu dünən saat 11.45-dən 12.30-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 22.00-dək Füzulinin adsız yüksəkliklərdə və Qərvənd kəndi, saat 22.45-dən 22.55-dək Goranboyun Gülüstan və Tapqaraqoyunlu kəndləri, saat 22.35-dən 22.42-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 22.40-dan 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi, avqustun 6-da isə saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.

Vətənpərvər | Cəbhə , Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 9 |

Açar sözlər:

Qarabağdan Məktub

Avqust 4, 2008 13:24

Salam Azərbaycan və azərbaycanlılar!

Necesiniz?Eşitdiyimə görə Rəhbəriniz başda olmaqla bir çoxunuz yığılışıf bu isti yayda Antalyada Bodrumda Havayda və s. istirahət zonalarında istirahət edirsiniz.Bu donuzəti yeyənlər də gəlif mənim qoynumda istirahət edirlər.O gün Donuzəti yeyən dığaların rəhbəri Oskanyan da burya gəlmişdi.Oturdu İsa Bulağının üstündə Donuz ətiylə Zoğal arağınnan vuruf sonra da sizə Dua elədi doyunca.Deyir ki bunnar deyəsən Fil qulağında yatıflar belə cənnət məkanı bizə verif bilmirəm nə tapıflar Antalyada Bodruma.

     ay mənim Yatmış xalqım yatın.Oyanıf neyliyəssiz ki?O gün sizin  göydə axdarıf tapmadığınız o “LAZIM” bura gəlmişdi.Oturuf biraz dərtləşdi mənimlə.Dediyinə görə sizdən yaman inciyif.Deyir ki hər dəfə deyirlər ki “LAZIM”gələn kimi məni alassız bu dığaların əlinnən amma ki Lazımı gömrükdən buraxmırsınız.Ona görə də özünə söz verib  ki birdə siz tərəfə gələn deyil.Mən də oturuf ümidimi bu “Lazım”a bağlamışdım.İndi bu ümidimi də itirdim.

Davamı...

Vətənpərvər | Vətənpərvərlik, Hadisələr | Şərhlər(0) | Baxış sayı: 16 |

Açar sözlər:

Döyüşçü Andı

Avqust 1, 2008 14:28

Tarixlər boyu erməni terrorçularının vəhşicəsinə qətlə yetirdikləri Azərbaycan oğullarının adlarını nə tarix,nə zaman,nə də ki,torpaqları qanla suvarılmış Azərbaycan övladları unutmayacaq!

VƏTƏN,ÖYÜN Kİ,UĞRUNDA ÖLƏN VAR!VƏTƏN ƏYİLMƏ Kİ,ƏYİLMƏZ İGİDLƏRİN CANLARINI SƏNİN UĞRUNDA QURBAN VERİR.

VƏTƏN UCALIĞINI QORUMAQ ÜÇÜN BEŞİKDƏN HAQQIN DƏRGAHINA KİMİ MÜBARİZE APARACAĞIMIZA AND İÇİRİK!

AND OLSUN ANA VƏTƏNMİMİZİN MÜQƏDDƏSLİYİNƏ,TORPAĞINA Kİ,ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BORCUMUZU VERMƏYİNCƏ BU DÜNYANI TƏRK ETMƏYƏCƏYİK,ÇÜNKİ BUNA BİZİM HAQQIMIZ YOXDUR.

AND İÇİRİK! AND İÇİRİK! AND İÇİRİK!

Vətənpərvər | Vətənpərvərlik | Şərhlər(0) | Baxış sayı: 11 |

Açar sözlər:

PREZİDENT DİPLOMATLARA BİLDİRİB Kİ, QARABAĞ MƏSƏLƏSİNDƏ XARİCİ SİYASƏT HÜCUM XARAKTERLİ OLMALIDIR

İyul 9, 2008 15:44

«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalı, Ermənistanın işğalçı siyasəti bütün səviyyələrdə ifşa edilməlidir»

Bunu prezident İlham Əliyev iyulun 7-də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsində çıxış edərkən deyib.Dövlət başçısı bildirib ki, diplomatlar hər şeydən əvvəl fəaliyyət göstərdikləri ölkələrin dövlət qurumları ilə sıx əlaqə saxlamalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi fəaliyyət göstərməli, Azərbaycanın siyasi maraqları ilə yanaşı iqtisadi maraqlarının qorunması ilə bağlı da səylərini artırmalıdırlar. Ermənistan-Azərbaycan münaqişəsi haqda həqiqətlərin beynəlxalq aləmə çatdırılması işini səfirlərin əsas vəzifələrindən biri adlandıran İ.Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə dəstəklənir, beynəlxalq təşkilatlar münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Prezident Azərbaycan diplomatlarının xarici siyasətlə bağlı qarşısında duran digər vəzifələr barədə də fikirlərini bölüşüb, bir sıra tapşırıqlar verib. AzərTAc-ın məlumatına görə, müşavirədə xarici işlər naziri Elmar Məmmədyarov ötən dövr ərzində diplomatik xidmət orqanları rəhbərlərinin üzərlərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən danışıb.O, Azərbaycanın 160 dövlətlə diplomatik əlaqə qurduğunu, Azərbaycanda 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatın nümayəndəliklərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycanın isə xaricdə 56 diplomatik nümayəndəliyinin, o cümlədən 47 səfirliyinin fəaliyyət göstərdiyini bildirən nazir bunlardan 30-nun 2004-2008-ci illərdə yaradıldığını qeyd edib.

Qeyd edək ki, müşavirə Xarici İşlər Nazirliyində keçirilib.

Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər | Şərhlər(0) | Baxış sayı: 23 |

Açar sözlər:

Ermənistanda gərginlik davam edir

İyul 5, 2008 11:30

Dünən İrəvanda Ermənistan müxalifətinin izdihamlı mitinqi keçirilib."Qarabağ Düşüncələri"-nin Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, hakimiyyətin maneələrinə baxmayaraq, müxalifətin aksiyası razılaşdırılmamış məkanda – “Matenadaran” meydanında keçirilib.

Mitinqdə çıxış edən Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan hakimiyyətə ultimatum verib. Ter-Petrosyan bildirib ki, avqustun 1-nə qədər bütün siyasi məhbuslar azadlığa buraxılmalı, müxalifət fəallarına qarşı polis və vergi terroruna son qoyulmalıdır: “Bundan başqa, Robert Köçəryan başda olmaqla 1 mart cinayətinin bütün təşkilatçıları həbs edilməli, Ermənistan baş nazirinin müavini Armen Gevorkyan, Prezident Administrasiyasının rəhbəri Ovik Abramyan, baş prokuror Aqvan Ovsepyan, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyan və İctimai Televiziyanın rəhbəri Aleksan Arutyunyan istefaya göndərilməlidir”. Ter-Petrosyan tələbləri yerinə yetirilməyəcəyi halda, Ermənistan müxalifətinin Serj Sarkisyanın istefasını tələb edəcəyini vurğulayıb.
Davamı...

Vətənpərvər | Siyasət, Xəbərlər, Hadisələr | Şərhlər(0) | Baxış sayı: 44 |

Açar sözlər:

Metyu Brayza: “Azərbaycan və Ermənistan prezidentləri öz nöqteyi-nəzərlərini qruplaşdırmalıdır”

İyul 5, 2008 11:06

“Ötən həftə Bakı, İrəvan və Xankəndinə etdiyim səfərə dair xoş təəssüratlarım var”. Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib.


O, hər iki ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə olunan məsələlər üzərində səmimi-qəlbdən çalışdığını bildirib: “Eyni zamanda hələ görüləsi çox iş qalıb. Hər iki prezident bu reallığı qəbul etməlidir ki, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, siyasi məqsədyönlülük isə tərəflərin Dağlıq Qarabağın statusu ilə bağlı kompromislərə dair danışıqların aparılmasını tələb edir”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində atılacaq növbəti addımlara toxunan Metyu Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri razılaşdırılmamış məsələlər ilə bağlı öz nöqteyi-nəzərlərini qruplaşdırmalıdır: “Daha sonra isə xarici işlər nazirləri iyulun sonunda bu mövqeləri həmsədrlərlə bölüşəcəklər”.

Davamı...

Vətənpərvər | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 32 |

Açar sözlər:


  Yazılar cəmi: 240    Sonrakı səhifə »