Fərid Şahbazlı:«Azərbaycan uşaqları olaraq gürcü uşaqlarına olan dəstəyimizi bəyan edirik»
«Gənc Liderlər» Uşaq Təşkilatı Rusiyanın Gürcüstanda apardığı hərbi əməliyyatlar zamanı bu ölkənin Uşaq düşərgəsini bombalamasını ciddi şəkildə pisləyir. Bu barədə açıqlama ilə çıxış edən təşkilatın sədri Fərid Şahbazlı Rusiyanın Gürcüstanı işğalla kifayətləməyərək, uşaq düşərgəsinə də raket zərbələri endirməsini BMT-nin qərarlarının və Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın 38-ci maddəsinin tələblərinin pozulması kimi dəyərləndirib: « Rusiya uşaq hüquqları ilə bağlı heç bir beynəlxalq qərarlara əməl etməyərək, gürcü uşaqlarının həyatı üsün təhlükə yaradıb. Bu ölkə özünün də qoşulduğu Uşaq Hüquqları Konvensiyasının bəndlərini kobud şəkildə pozub. Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və gürcü uşaqlarına qarşı hər hansı hüquq pozuntusuna qəti şəkildə etiraz edirik. Rusiyanın bu addımları bütövlükdə dünya uşaqlarına qarşı təhlükədir. Azərbaycan uşaqları olaraq bunu qətiyyətlə pisləyir və gürcü uşaqlarına olan dəstəyimizi bəyan edirik».
Davamı...
Yazar: LIDER @Avqust 16, 2008 3:02
XƏBƏR |
Baxış sayı: 2
Açar sözlər:
Fərid Şahbazlı: «Bəzi məktəb direktorları uşaq parlamentlərinin fəaliyyətinə və yaradılmasına imkan vermir»
«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) yeni tədris ilindən etibarən orta məktəblərdə şagird parlamentlərinin yaradılması və fəaliyyətlərinin təkmilləşdirilməsi işininə başlayacaq. Bu barədə açıqlama ilə təşkilatın sədri Fərid Şahbazlı çıxış edib. Təşkilat sədrinin sözlərinə görə, bu gün orta təhsil müəssələrində fəaliyyət göstərən şagird parlamentlərinin durumu bir o qədər də yaxşı deyil: «Bu gün ölkə ərazisində şagird parlamenti mövcud olmayan yüzlərlə məktəb var. Belə təhsil ocaqlarının şagirdlərinin fikirlərini çatdırmaq, hüquqlarını qorumaq üçün uşaq parlamentinə ehtiyacları var. Amma təəsüflə qeyd etməliyəm ki, təhsil nazirinin uşaq parlamentlərinin yaradılması haqqında qərarı olmasına baxmayaraq, bəzi məktəb rəhbərləri buna imkan vermək istəmir. Bu gün Azərbaycan dövləti və qanunları uşaqlar üçün yararlı təhsil və ictimai mühit yaratmağ əzmində olsa da, bəziləri bundan boyun qaçırmağa çalışır. Bunun kökündə isə bir sıra məktəb rəhbərlərinin uşaqların öz hüquqlarını bilib və qorumasınından narahat olması durur».
Davamı...
Yazar: LIDER @İyul 31, 2008 4:16
XƏBƏR |
Baxış sayı: 10
Açar sözlər:
Cənubda erkən nigah tüğyan edir
«Gənc Liderlər» Uşaq Təşkilatının bir qrup üzvünun ölkənin cənub regionuna 1 həftəlik səfəri başa çatıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı bildirib ki, səfər çərçivəsində təşkilatın üzvləri Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarından olub, bu şəhərlərin təhsil ictimaiyyəti, müəllim və şagirdlərlə görüşüblər.
Davamı...
Yazar: LIDER @İyul 30, 2008 1:45
XƏBƏR |
Baxış sayı: 9
Açar sözlər:
Fərid Şahbazlı: "Azərbaycan idarə olunan porno saytların sayı 1000-ə yaxınlaşır"
Ötən gün «Gənc Liderlər» Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra cari və təşkilatı məsələlərlə yanaşı, son günlər ictimaiyyətin diqqətində olan uşaq pornoqrafiyası da müzakirə mövzusu olub. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.
Xəbərə görə, toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Azərbapycan gənclərinin və uşaqlarının mənəviyyatıının ciddi təhlükə altında olduğunu diqqətə çatdıraraq, təşkilatın apardığı araşdırmalar zamanı son 1 il ərzində ölkəmizdən idə olunan porno saytların sayının 1000-ə çatdığını qeyd edib. Təşkilat sədri bu cür saytlarda kiçik yaşlı uşaqların cinsi istismara məruz qalması, onların üzərinlə müxtəlif zorakı işgəncələrin tətbiq olunması, bir sözlə olduqca iyrənc porno görüntülərin yayımlanmasını gələcəyimizh və mənəviyyatımız üçün ciddi təhlükə saçdığını söyləyib. Son vaxtlar bu cür saytların «wap» İnternet proqramı vasitəsi ilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan, Şahbazlı artıq istənilən uşaağın rahatlıqla bu cür əxlaqsız saytları izləmək imkanını olduğunu vurğulayıb.
Davamı...
Yazar: LIDER @İyul 8, 2008 13:27
XƏBƏR |
Baxış sayı: 34
Açar sözlər:
«Gənc Liderlər» Azərbaycanın səfirliklərinə müraciət etməklə yanaşı, regionlara səfərə çıxır
«Gənc Liderlər» Uşaq Təşkilatının Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Qarabağa hücumlar zamanı 100-dən artıq uşağın ölümünə icraçılıq etdiyi üçün beynəlxalq səviyyədə «Uşaqların düşməni» kimi tanınması istiqamətinlə apardığı aksiya davam edir. Bu barədə məlumatı «Gənc Liderlər» Uşaq Təşkilatının sədri, aksiya ilə bağlı yaradılmış Təbliğat Komitəsinin rəhbəri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, artıq bir neçə aydır ki, davam edən aksiyanın birinci mərhələsi artıq başa çatıb. F.Şahbazlının sözlərinə görə, birinci mərhələdə «Gənc Liderlər» R.Köçəryanın «Uşaqların düşməni» kimi tanınması üçün 100-ə yaxın beynəlxalq təşkilata müraciət edib, millət vəkillərinin iştirakı ilə «dəyirmi masa»lar təşkil edib. Ancaq beynəlxalq təşkilatların bu məsələdə də ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini deyən Şahbazlı artıq aksiyanın yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı:
Davamı...
Yazar: LIDER @İyul 1, 2008 12:49
XƏBƏR |
Baxış sayı: 28
Açar sözlər: