Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI UŞAQ PARLAMENTLƏRİNİN VƏZİYYƏTİNDƏN NARAHATDIR

Fərid Şahbazlı: «Bəzi məktəb direktorları uşaq parlamentlərinin fəaliyyətinə və yaradılmasına imkan vermir» 

«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) yeni tədris ilindən etibarən orta məktəblərdə şagird parlamentlərinin yaradılması və fəaliyyətlərinin təkmilləşdirilməsi işininə başlayacaq. Bu barədə açıqlama ilə təşkilatın sədri Fərid Şahbazlı çıxış edib. Təşkilat sədrinin sözlərinə görə, bu gün orta təhsil müəssələrində fəaliyyət göstərən şagird parlamentlərinin durumu bir o qədər də yaxşı deyil: «Bu gün ölkə ərazisində şagird parlamenti mövcud olmayan yüzlərlə məktəb var. Belə təhsil ocaqlarının şagirdlərinin fikirlərini çatdırmaq, hüquqlarını qorumaq üçün uşaq parlamentinə ehtiyacları var. Amma təəsüflə qeyd etməliyəm ki, təhsil nazirinin uşaq parlamentlərinin yaradılması haqqında qərarı olmasına baxmayaraq, bəzi məktəb rəhbərləri buna imkan vermək istəmir. Bu gün Azərbaycan dövləti və qanunları uşaqlar üçün yararlı təhsil və ictimai mühit yaratmağ əzmində olsa da, bəziləri bundan boyun qaçırmağa çalışır. Bunun kökündə isə bir sıra məktəb rəhbərlərinin uşaqların öz hüquqlarını bilib və qorumasınından narahat olması durur».

Davamı...

Yazar: LIDER @İyul 31, 2008 4:16
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 10
Açar sözlər:
Bookmark and Share

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI CƏNUB RAYONLARINA SƏFƏRDƏN QAYITDI

Cənubda erkən nigah tüğyan edir

«Gənc Liderlər» Uşaq Təşkilatının bir qrup üzvünun ölkənin cənub regionuna 1 həftəlik səfəri başa çatıb.  Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı bildirib ki, səfər çərçivəsində təşkilatın üzvləri Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarından olub, bu şəhərlərin təhsil ictimaiyyəti, müəllim və şagirdlərlə görüşüblər.

Davamı...

Yazar: LIDER @İyul 30, 2008 1:45
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 9
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ!

 

 

 

 

 

 

 

Hörmətli cənab prezident!

Heç kimə sirr deyil ki, Azərbaycanda uşaqlara diqqət dahi lider Heydər Əliyev ənənəsidir. Bu gün isə bu ənənəni Siz və Heydər Əliyev Fondunun prezidenti , millət vəkili Mehriban xanım Əliyeva böyük uğurla davam etdirirsiz. Prezident olaraq, ölkədə uşaq hüquqlarının inikişafı üçün yaratdığınız əlverişli şərait daima uşaqlar tərəfindən dəstəklənmiş, siz 5 illik hakimiyyətiniz dövründə Azərbaycan uşaqlarının dostuna çevrilə bilmisiniz.

Davamı...

Yazar: LIDER @İyul 18, 2008 4:35
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 25
Açar sözlər:
Bookmark and Share

ERMƏNİ TERRORU: GƏLƏCƏYİMİZƏ QARŞI QƏSD

Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə «Erməni terroru: gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı ermənilərin Azərbaycana qarşı hücumları zamanı yüzlərlə uşaq və gənclərin qətlə yetirildiyini, ermənilərin əsas hədəfinin daima ölkəmizin genefondunu məhv etmək olduğunu diqqətə çatdırdı. Bu məsələdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın cinayət əməllərindən danışan sədr, Köçəryanın beynəlxlaq səviyyədə uşaqların düşməni kimi tanınmasının vacibliyini vurğuladı: «Köçəryan təkcə azəri uşaqlarının deyil, bütün dünya uşaqlarının düşmənidir. Bu gün erməni cəmiyyətinin özü onu Haaqa məkhkəməsinə verir. Biz bundan istifadə etməliyik. Amma çox təəsüf ki, həmişəki kimi beynəlxalq birlik yenə də ölkəmizə qarşı ikili standartlardan istifadə edir. Belə hallara son qoyulmalıdır».

Davamı...

Yazar: LIDER @İyul 16, 2008 17:33
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 20
Açar sözlər:
Bookmark and Share

"GƏNC LİDERLƏR" HƏYƏCAN TƏBİLİ ÇALIR

Fərid Şahbazlı: "Azərbaycan idarə olunan porno saytların sayı 1000-ə yaxınlaşır"

Ötən gün «Gənc Liderlər» Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra cari və təşkilatı məsələlərlə yanaşı, son günlər ictimaiyyətin diqqətində olan uşaq pornoqrafiyası da müzakirə mövzusu olub. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.

Xəbərə görə, toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Azərbapycan gənclərinin və uşaqlarının mənəviyyatıının ciddi təhlükə altında olduğunu diqqətə çatdıraraq, təşkilatın apardığı araşdırmalar zamanı son 1 il ərzində ölkəmizdən idə olunan porno saytların sayının 1000-ə çatdığını qeyd edib. Təşkilat sədri bu cür saytlarda kiçik yaşlı uşaqların cinsi istismara məruz qalması, onların üzərinlə müxtəlif zorakı işgəncələrin tətbiq olunması, bir sözlə olduqca iyrənc porno görüntülərin yayımlanmasını gələcəyimizh və mənəviyyatımız üçün ciddi təhlükə saçdığını söyləyib. Son vaxtlar bu cür saytların «wap» İnternet proqramı vasitəsi ilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan, Şahbazlı artıq istənilən uşaağın rahatlıqla bu cür əxlaqsız saytları izləmək imkanını olduğunu vurğulayıb.

Davamı...

Yazar: LIDER @İyul 8, 2008 13:27
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 35
Açar sözlər:
Bookmark and Share