Heç kimi sirr deyil ki, 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması
ölkəmizin ictimai-sosial və mədəni həyatında bir canlanma müşahidə olunur. Fondun prezidenti Mehriban Əliyevanın qısa müddət ərzində həyata keçirdiyi çoxcəhətli fəaliyyət bütün həyat sahələrində özünü göstərir və bu, Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən böyük razılıqla qarşılanır. Heydər Əliyev Fondu Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsi, uşaqların rahat, yüksək maddi-textiki bazaya malik məktəblərdə təhsil alması üçün müxtəlif layihələr həyata keçirir. Yeni-yeni məktəb binalarının tikilməsi, uşaq bağçaları və internatların müasir tələblər səviyyəsinə gətirilməsi, "Kor və görmə qabiliyyəti az olan şəxslər üçün təhsil" layihəsi və s. dediklərimizə əyani sübutdür. Mehriban xanımın bu məsələlərə təkcə peşəsindən irəli gələn vəzifənin icrası kimi deyil, həm də vətəndaş borcu kimi yanaşması isə onun ölkəmizin gələcəyi olan uşaqların hərtərəfli təmin olunmasına bəslədiyi böyük arzu və istəklərindən irəli gəlir. Mədəni dəyərlərimizin qorunması, onların yad ünsürlərin təsiri altına düşməməsi üçün Mehriban Əliyevanın gördüyü işlər də təqdirəlayiqdir. Təkcə Muğam müsabiqəsinin keçirilməsi faktını demək kifayətdir ki, M.Əliyevanın Azərbaycan mədəniyyətinin hamisi olduğunu etiraf edəsən. Ümumiyyətlə, bu gün ölkəmizin həyatının bütün sahələrində Heydər Əliyev Fondunun və onun rəhbərinin zəhmət izləri özünü göstərməkdədir. Mehriban xanımın peşəsindən irəli gələrək, uşaq və gənclərimizin həm də fiziki cəhətdən sağlam böyüməsi istiqamətində fəaliyyəti, yeni-yeni səhiyyə ocaqlarının açılması, səhiyyəmizin müasir avadanlıqlarla təmin olunaraq, dünya standartlarına yüksəldilməsi onun gördüyü geniş miqyaslı işlərin yalnız bir hissəsidir. Bu il Mehriban Əliyevanın hazırladığı qanun layihəsi əsasında verilən amnistiya aktı nətcəsində yüzlərlə insanın azadlığa qovuşması, yüzlərlə ailələrə, uşaqlara hədiyyə edilən sevinc payı da bu xanımın xarakterindəki humanizmdən irəli gəlir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkə miqyasında deyil, dünya səviyyəsində yüksək qiymətləndirilir. Rusiya Federasiyası Federal Məclisi Fedarasiya Şurasının sədri Sergey Mirinovun "Mehriban Əliyeva kimi, xeyirxah və qızıl ürəkli insanlar bütün dünyaya fəzilət bəxş edir", Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanovun "Mən Mehriban Əliyevanın fəaliyyətini yüksək bəşəri iş sayıram", Dünya Səhiyyə Təşilatının baş direktoru Marqaret Çanın "biz Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk" sözləri də fikirlərimizi bir daha təsdiqləyir. "Sivilizasiyaların yaxınlaşmasında Mehriban Əliyevanın xidmətləri böyükdür" - bu tarixi sözlər isə İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman Əl Tuveycriyə məxsusdur və Azərbaycanın birinci xanımının çoxcəhətli fəaliyyətinin göstəricisi kimi çıxış edir. Beləliklə, Mehriban xanım Əliyevanın uşaqların kollektiv əməyinin məhsulu olan bu nəşrin baş qəhramanı kimi seçilməsi tamamilə təbii və qanunauyğundur. Güman edirik ki, hər hansı tərifdən, bayağı ibarələrdən və gurultulu notlardan uzaq olan bu kitab bütün uşaqların ürəyincə olacaq.
Fərid ŞAHBAZLI
"Gənc Liderlər" Uşaq Təşkilatının sədri
Yazar: LIDER @May 31, 2008 18:49
Bölməsiz |
Baxış sayı: 42
Açar sözlər:
Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə və təşkilatın 2 illik yubileyinə həsr olunmuş «Uşaqlar bizim gələcəyimizdir» adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı bütün uşaqları bayramları münasibəti ilə təbrik edərək, Uşaqların Müdafiə Gününün əhəmiyyətindən danışdı. Təşkilat sədri 1 İyunun uşaqlar günü elan edilməsində məqsədin dünya ictimaiyyətinin diqqətini uşaqların hüquqlarına, onların problemlərinə cəlb etmək məqsədi daşıdığını qeyd etdi. F.Şahbazlı Azərbaycanda son illər uşaq hüquqlarına diqqətin artdığını söyləyərək, bu bu sahədə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xidmətlərindən danışdı. Təşkilatın sədri uğurlarla yanaşı problemlərində olduğunu, lakin artıq ölkəmizin uşaq hüquqları sahəmində dünya miqyasında özünü təstiq etdiyini diqqətə çatdırdı. Fərid Şahbazlı 2 il ərzində «Gənc Liderlər»in 267 layihə həyata keçirdiyini xüsusi vurğuladı.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Nazim Məmmədov bütün uşaqları bayram münasibəti ilə təbrik edərək, uşaqların Azərbaycanın sabahı olduğunu bildirdi. Millət vəkili uşaqların problemlərinin həlli, hüquqlarının qorunması istiqamətində dövlətin gördüyü işlərdən danışaraq, hər kəsin yeniyetmələrin fəal olması üçün səy göstərməsinin vacibliyini vurğuladı.
«Gənc Liderlər» Uşaq Təşkilatının üzvləri çıxış edərək, qeyd etlilər ki, parılan araşdırmalar Azərbaycandakı minlərlə orta məktəbin yalnız 150-ə yaxınında Şagird parlamentlərinin olduğunu göstərib. Bunun isə uşaqlar arasında demokratik idarəçilik vərdişlərinin ləng inkişafına və onların hüquqlarının pozulmasına gətirib çıxardığı söylənildi.
«Dəyirmi masa»da Ombudsman Aparatının, Səbail Rayonu İcra Hakimiyyətinin, Dövlət Yol Polisi İdarəsinin və Təhsil nazirliyinin nümayəndələri çıxış etdilər.
Tədbir müzakirlərlə davam etdi.
Yazar: LIDER @May 29, 2008 18:27
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 57
Açar sözlər:
Azərbaycan Respublikasının Təhsil naziri cənab Misir Mərdanov 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü və «Gənc Liderlər» Uşaq Təşkilatının fəliyyətinin 2 illiyi münasibəti ilə təşkilatı təbrik edib. Nazim «Gənc Liderlər»in məktəblilərin ictimai fəaliyyət sferasının genişləndirilməsi istiqamətində atdığı addımları yüksək qiymətləndirərək, qurumun uşaqların savadlanması yolunda işlərini xüsusi vurğulayıb. Misir Mərdanov bütün Azərbaycan uşaqlarını bayram münasibəti ilə təbrik edərək, təşkilatımıza uğurlar arzulayıb.
Yazar: LIDER @May 26, 2008 22:09
XƏBƏR |
Baxış sayı: 49
Açar sözlər:
Təşkilatımıza cəmiyyətin müxtəlif təbəqələrindən dəstəklər gəlir



Millət vəkilləri, «Gənc Liderlər» Uşaq Təşkilatının fəxri üzvləri Nizami Cəfərov, Yaqub Mahmudov, Aqil Abbas və Fuad Muradov təşkilatımızı 2 illik yubileyi münasibəti ilə təbrik edib. Milli Məclisin üzvləri təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, «Gənc Liderlər»in ölkədə uşaqların təşkil olnmuş yeganə qurum olduğunu diqqət çatdırıblar. Deputatlar təşkilatı fəaliyyətlərinin 2 ili münasibəti ilə ilə təbrik edərək, uğurlar arzulayıblar.
Yazar: LIDER @May 25, 2008 19:36
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 57
Açar sözlər:
«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNÜ VƏ 2 İLLİK YUBİLEYİNİ QEYD EDƏCƏK!
«Gənc Liderlər» Uşaq Təşkilatı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü və 2 illlik yubileyini qeyd edəcək! Tanınmış ictimaiyyət nümayəndələri, millət vəkilləri və dövlət rəsmilərinin iştirakı ilə baş tutacaq tədbirdə uşaqların uğur və problemlərindən danışılacaq, tanınmış şəxsləri uşaqlara təbrikləri çatdırılacaq!
ZAMAN: 29 MAY; SAAT 12.00
MƏKAN: BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİ
Yazar: LIDER @May 25, 2008 19:06
XƏBƏR |
Baxış sayı: 45
Açar sözlər: