Bu gün Atatürk Mərkəzində «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə «Uşaqlar bizim gələcəyimizdir» adlı «dəyirmi masa» keçirilib. Onlarla şagirdin və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı açdı.
Təşkilatın rəhbəri Heydər Əliyevin yubileyinin Azərbaycan xalqı üçün önəmli hadisə olduğunu bildirərək, dahi liderin uşaqlara olan münasibətindən danışdı. F.Şahbazlı Heydər Əliyevin uşaqlarla mütəmadi olaraq görüşlər keçirən dünyanın çox az sayda liderlərindən olduğunu diqqət çatdırdı. O, ümumilli liderin «uşaqlar bizim gələcəyimizdir» fikrini xatırladaraq, Heydər Əliyevin uşaq və gənclərin təhsilinə, sağlam yetişməsinə, inkişafına xüsusi diqqət ayırdığını vurğuladı. Fərid Şahbazlı Heydər Əliyevin uzaqgörən siyasətinin, gənclərə ayırdığı diqqətin hər bir dünya lideri üçün nümunə ola biləcək qədər mükəmməl olduğunu söylədi.
Daha sonra çıxış edən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri, yazıçı-publisist Akif Əli dahi şəxsiyyətin həyat fəaliyyətinə nəzər salaraq, onun Azərbaycan xalqının xilaskarı olduğunu diqqətə çatdırdı. Akif Əli Heydər Əliyevin keçdiyi yolun böyük məktəb olduğunu bildirdi: «O, dahi şəxsiyyət olmaqla yanaşı, həmdə çox sadə bir insan idi. Onun fəaliyyətinə yaxından bələd olan adam kimi onun necə mehriban olduğunu sözlə ifadə etməyə çətinlik çəkirəm».
Tədbir məktəblilərin çıxışları ilə davam etdi.
Yazar: LIDER @Aprel 30, 2008 21:06
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 54
Açar sözlər:
Təşkilat 1 may-1 iyunu uşaq hüquqları ayı elan etdi
«Gənc Liderlər» Uşaq Təşkilatı 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə ciddi hazırlaşır. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı rəhbərlik etdiyi qurumun Uşaq Günü ilə əlaqədar olaraq tədbirlər planı hazırladığını qeyd etdi.
F.Şahbazlı «Gənc Liderlər»in 1 may-1 iyunu uşaq hüquqları ayı elan etdiyini bildirərək, bu ay çərçivəsində məktəblilərlə görüşlərin keçiriləcəyini dedi. Təşkilat sədri qurumun iyunun 1-də millət vəkilləri, ictimaiyyət nümayəndələri və dövlət nümayəndələrinin iştirakı ilə «Uşaqlar bizim gələcəyimizdir» mövzusunda konfrans keçiriləcək. Bundan əlavə, «Gənc Liderlər» Uşaq Təşkilatı uşaq hüquqlarına diqqəti artırmaq məqsədi ilə KİV-lər arasında sorğu da keçirir. «Gənc Liderlər»in www.liderler.azeriblog.com rəsmi İnternet saytında sorğunun qalibi olacaq TV və qəzetlər Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə «Uşaqların dostu» mükafatı ilə təltif olunacaq.
Fərid Şahbazlının sözlərinə görə, təşkilat uşaqların problemlərinə diqqəti cəlb etmək məqsədi ilə öz saytında uşaq hüquqlarının müxtəlif istiqamətləri ilə bağlı məqalələr və rəylər yerləşdirməklə yanaşı, uşaqların problemlərinin həlli üçün deputatlara, dövlət və media qurumlarına müraciət edəcək. Təşkilat mətbuatı ən azından 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaq hüquqlarına xüsusi diqqət ayırmağa çağırır.
Xatırladaq ki, 1 iyunda həm də «Gənc Liderlər» Uşaq Təşkilatı 2 illik yubileyini qeyd edəcək.
Yazar: LIDER @Aprel 27, 2008 21:08
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 64
Açar sözlər:
Təşkilat Quba məktəbliləri ilə görüş keçirdi
«Gənc Liderlər» Uşaq Təşkilatı Qubaya səfəri zamanı rayonda təhsilin səviyyəsi, şagirdlər arasında uşaq hüquqlarının vəziyyətini öyrənmək məqsədi ilə məktəblilərlə görüş keçirib. Quba rayonu 4 saylı orta məktəbdə 200-dən artıq şagirdin iştirakı ilə keçirilən görüşdə uşaqlarla geniş fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən təşkilat sədri Fərid Şahbazlı qubalı məktəbliləri paytaxtakı təhsilin vəziyyəti ilə tanış edərək, Azərbaycanda uşaqların hüquqlarının dövlət səviyyəsində qorunduğunu bildirib. F.Şahbazlı uşaqların problemlərinin həlli, hüquqlarının müdafiəsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xidmətlərindən danışaraq, 4 saylı məktəbin kitabxanasına təşkilatın təşəbbüsü ilə nəşr olunmuş «Mehriban Əliyeva olduğu kimi» kitabını hədiyyə edib.
Daha sonra çıxış edən Quba məktəblilərini fikirlərini çatdıraraq, rayonda uşaqların problemlərinə xüsusi diqqətlə yanaşıldığını qeyd ediblər. Quba Rayon İcra Hakimiyyətinin xüsusi nümayəndələrinin iştirakı ilə keçirilən görüş «Gənc Liderlər»in qubalı məktəblilərin uşaq hüquqlarına dair suallarını cavablandırması ilə davam edib.
Yazar: LIDER @Aprel 27, 2008 2:30
XƏBƏR |
Baxış sayı: 68
Açar sözlər:
Bakı Məktəbliləri Parlamentinin sədri fəaliyyətlərinin 6 ayının yekunu haqda hesabat verdi
«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü Bakı Şəhəri üzrə təhsil İdarəsinin dəstəyi ilə 2007-ci ilin oktyabr ayında təsis olunan Bakı Məktəblilərinin Parlamenti(BMP) fəaliyyətinin 6 ayı haqda hesabat verib. Bu barədə açıqlama verən parlamentin sədri Tural Əliyev 6 ayda özlərini təsdiq ndə bildiklərini qeyd etdi: «BMP 6 ay ərzində çox ciddi və demokratik fəaliyyət göstərib. Kim ki, işində nöqsana yol verib, parlament üzvlərinin qərarı ilə üzvlükdən xaric edilib. Bu gün parlamentdə Bakının 7, 258, 47, 158, 59, 147, 214 və 10 saylı məktəblərin məktəbli-deputatları təmsil olunur».
Fəaliyyətləri zamanı 10-dan artıq məktəbdə şagirdlərlə görüş keçirdiklərini bildirən parlament sədri müxtəlif təhsil ocaqlarında keçirilən yüzlərlə tədbirlərə dəvət alıb və iştirak etdiklərini deyib. Qurumun sədri BMP-nin «Uşaq hüquqlarının qorunmasında uşaq parlamentlərinin rolu», Bakı şəhər DYP İdarəsi ilə «Təhlükəsiz piyada» aksiyalarını gerçəkləşdirdiklərini diqqət çatdırıb.
Tural Əliyev Bakı Məktəbliləri Parlamentinin 1 İyun Uşaq Hüquqları Günündə keçiriləcək tədbirlərdə də sıx iştirak edəcəklərini söylədi.
Yazar: LIDER @Aprel 27, 2008 2:14
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 62
Açar sözlər:
Təşkilat üzvləri azərbaycanlılara qarşı törədilmiş bu vəhşiliyi erməni terrorunun bariz nümunəsi kimi dəyərləndirib
«Gənc Liderlər» Qubada böyük diqqət və qayğıyla qarşılandı
Aprelin 25-də «Gənc Liderlər» Uşaq Təşkilatının 10-dan artıq üzvü Quba rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qubadakı kütləvi məzarlığı ziyarət edib. Təşkilat üzvləri kütləvi məzarlıqla yaxından tanış olaraq, ermənilərin törətdiyi vəhşiliklər barədə konkret faktlarla tanış olublar. Ziyarət zamanı çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı gördüklərindən dərin kədər və qisas hissi keçirdiklərini bildirərək, azərbaycanlılara qarşı törədilmiş bu vəhşiliyi erməni terrorunun bariz nümunəsi kimi qiymətləndirib. Kütləvi məzarlığın ermənilərin türklərə qarşı soyqrım iddialarına layiqli cavab olduğunu deyən təşkilatın sədri məzarlığın açıq muzey elan edilməsinin vacibliyini vurğuladı.
Təşkilat üzvlərinə kütləvi məzarlıqda gedən işlər barədə məlumat verən Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev artıq kəllə sümüklərinin sayının 169-a çatıdığını bildirdi. O, ermənilərin azərbaycanlıları qətlə yetirərkən xüsusi qəddarlıq göstərdiyini vurğuladı.
Daha sonra «Gənc Liderlər» Uşaq Təşkilatının üzvləri Qubadakı Soyqırım
Abidəsini ziyarət edərək, şəhidləri andı. Quba rayon İcra Hakimiyyətinin başçısının I müavini Yusif Abdinov «Gənc Liderlər» lə görüşərək, təşkilatın bu təşəbbüsü alqışladığını bildirdi. I müavin də öz növbəsində gənclərə tövsiyyələrini verdi.
Xatırladaq ki, «Gənc Liderlər» Quba rayonunda rayon rəhbərliyi və media qurumları tərəfindən böyük diqqət və qayğıyla qarşılandı. Bildirək ki, «Gənc Liderlər»in səfərini işıqlandırmaq üçün kütləvi məzarlığa «ANS», «Xəzər», «Xəyal», «Region» TV-ləri (region TV-ləri) gəlmişdi. Təşkilat Quba rayon İcra hakimiyyətinə göstərdiyi diqqətə görə təşəkkür edir.
Yazar: LIDER @Aprel 26, 2008 15:04
XƏBƏR |
Baxış sayı: 55
Açar sözlər:
Yazılar cəmi: 18
Sonrakı səhifə »
TƏŞKİLAT HAQQINDA
«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.
Təşkilatın təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Bakı Məktəblilərinin Parlamenti yaradılmış, Azərbaycan Uşaqların I və II Qarabağ Forumları yüksək səviyyədə-dövlət rəsmiləri, millət vəkillərinin iştirakı ilə təşkil olunmuşdur. «Gənc Liderlər» həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə bir neçə aylıq «Təhlükəsiz piyada» aksiyasının müəllifidir. Bundan əlavə, «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə millət vəkili Nizami Cəfərovun ön sözlüyü və tarix elmləri namizədi Tahir Şahbazovun redaktorluğu ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın şərəfinə «Mehriban Əliyeva olduğu kimi» adlı kitab nəşr olumuşdur. Təşkilat hələ 2 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, ölkə səviyyəsində tanınmış quruma çevrilmişdir. «Gənc Liderlər» hal-hazırda Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri, Ombudsman Aparatı, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi, Səbayel rayon İcra Hakimiyyəti və bir sıra qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir.
«Gənc Liderlər» Uşaq Təşkilatı məhsuldar fəaliyyəti nəticəsində cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazana bilmişdir. Bu gün təşkilatımızın «Fəxri üzvləri» sırasında Təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yazıçı-Publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli,«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Təhsil nazirinin müavini İradə Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Ülvi Quliyev, Zahid Oruc, Fəttah Heydərov, Nizami Cəfərov, Yaqub Mahmudov, Elmira Axundova, Aqil Abbas, Fuad Muradov, Əkrəm Abdullayev, Adil Əliyev, Aydın Mirzəzadə, Nazim Məmmədov, Azay Quliyev və digərləri var. Təşkilatın sədri Fərid Şahbazlı 7 saylı məktəbin 11-ci sinif şagirdi, «Siyasi Biliklər» və bir neçə digər olimpiadanın mükafatçısı, Respublika Uşaq Parlamentinin üzvüdür.