Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

AZƏRBAYCANIN ƏN BÖYÜK VƏ GÜCLÜ UŞAQ BİRLİKLƏRİ BİR ARAYA GƏLDİ

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə baş tutan toplanıtda «Uşaq idmanı haqqında» qanun və uşaq  parlamentlərinin vəziyyəti müzakirə olunub

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə qurumun ofisində Azərbaycanın ən böyük və güclü uşaq birliklərinin görüşü keçirilib. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı görüşdə «Gənc Liderlər»lə yanaşı, Respublika Uşaq Parlamenti və Bakı Məktəbliləri Parlamentinin rəhbərləri və  üzvlərinin iştirak etdiyini bildirib.

F.Şahbazlının sözlərinə görə, görüşdə Azərbaycanda uşaq hüquqlarının durumu ilə bağlı danışıqlar aparılmaqla yanaşı, bu günlərdə Milli Məclisin müzakirəsinə çıxarılacaq «Uşaq idmanı haqqında» qanun layihəsi də müzakirə olunub.  Toplatıda çıxış edən təşkilat rəhbərləri, uşaqların idmana kütləvi marağının cəlb olunması üçün dövlət büdcəsindən maliyyəşən idman klublarının pulsuz fəaliyyət göstərməsini və məhəllə idmanın inkişafı üçün yerlərdə idman zallarının yaradılmasını təklifini irəli sürüblər.

Fərid Şahbazlının sözlərinə görə, görüşdə eyni zamanda orta məktəblərdə fəaliyyət göstərən uşaq parlamentlərinin durumu müzakirə olunub. Natiqlər son vaxtlar uşaq parlamentlərin məktəblərin işində iştirak edə bilməməsindən narahatlıqlarını ifadə ediblər. Uşaq birliklərinin rəhbərləri uşaq parlamentlərinin məktəb rəhbərlərindən asılı olduğunu qeyd edərək, bu halın aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Sonda bu 3 qurumun iştirakı ilə Uşaq QHT-lərinin Koordinasiya Mərkəzinin yaradılması üçün addımların atılması barədə qərar qəbul olunub.

Yazar: LIDER @Mart 17, 2008 2:49
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 63
Açar sözlər:
Bookmark and Share

«GƏNC LİDERLƏR» İMZATOPLAMA KOMPANİYASINA BAŞLAYIR

Bu barədə təşkilatın sədri «OLAYLAR»a açıqlama verib

"Gənc liderlər" Uşaq Təşkilatı Ermənistanın sabiq prezidenti Robert Köçəryanın uşaqlara qarşı törətdiyi vəhşiliklərə görə dünyada uşaqların düşməni kimi tanınması istiqamətində bir sıra işlər həyata keçirir. Bu barədə təşkilatın sədri Fərid Şahbazlının verdiyi məlumata görə, onlar Rusiya və Türkiyənin uşaq birliklərinə müraciət ediblər. Bundan başqa təşkilat orta məktəblərdə tədbirlərin keçirilməsinə başlayıb. Bu tədbirlərdə Köçəryanın vandalizmini təsdiqləyən imzalar toplanılır. Təşkilatın sədri bildirib ki, bu məqsədlə artıq 100 şagirdin imzası alınıb və bu iş davam etdirilir. Təşkilatın sədri onu da bildirib ki, onlar bu məsələ ilə bağlı Türkiyə BMM-nə də məktubla müraciət ediblər. F.Şahbazlı bildikləri həqiqətləri dünyaya çatdırmaq üçün sayt açacaqlarını da diqqətə çatdırıb. Hazırda beynəlxalq təşkilatlara göndərdikləri məktubların cavabını gözlədiklərini deyən təşkilat rəhbəri bu istiqamətdə işlərini Azərbaycanın bölgələrində də həyata keçirəcəklərini deyib. Bu məqsədlə onlar sərhəd zonasında olan rayonlara gedərək tədbirlər və yerli televiziyalar vasitəsilə uşaqlara müraciət edəcəklər. Təşkilatda bir araya gələn uşaqların bu məqsədlə Belçika və Türkiyəyə səfər edəcəkləri də gözlənilir. ("OLAYLAR"İA)

Yazar: LIDER @Mart 15, 2008 22:49
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 62
Açar sözlər:
Bookmark and Share

«ERMƏNİ TERRORU UŞAQLARIN GÖZÜ İLƏ» ADLI TƏDBİR KEÇİRİLDİ

Azərbaycan uşaqları ermənilərə sərt mesajlar verdilər

Bu gün Atatürk Mərkəzində «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günənə həsr olunmuş «Erməni terroru uşaqların gözü ilə» adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı erməni işğalçılarının uzun illərdir ki,  Azərbaycana qarşı fiziki, mənəvi mədəni terror apardığını qeyd edərək, 31 mart soyqrımının buna bariz nümunə olduğunu diqqətə çatdırıb. O, ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini qabardaraq, Azərbaycana hücumlar zamanı uşaqların xüsusi işgəncə ilə öldürülməsini və bu səbəbdən Ermənistan prezidenti Robert Köçəryanın  beynəlxalq səviyyədə «Uşaqların düşməni» adlandırılması üçün beynəlxlaq təşkilatlara müraciət etdiklərini diqqətə çatdırıb.

Daha sonra çıxış edən millət vəkili Fəttah Heydərov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edərək,  ermənilərin ölkəmizə qarşı hücumları zamanı uşaqların daha çox zərər çəkməsini işğalçıların dünyanın gələcəyinə vurduğu zərbə kimi dəyərləndirib.

Millət vəkili Nazim Məmmədov, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da gənclərin öz düşmənini tanımalı olduğunu söyləyiblər.

Tədbir məktəblilərin çıxışları ilə davam edib.

Yazar: LIDER @Mart 12, 2008 19:18
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 63
Açar sözlər:
Bookmark and Share

MƏTBUAT ÜÇÜN MƏLUMAT

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə 31 mart azərbaycanlıların Soyqrımı gününə həsr olunmuş «Erməni terroru uşaqların gözü ilə» adlı dəyirmi masa keçiriləcək. Dəyirmi masada erməni terrorunun fəsadları və R.Köçəryanın  «Uşaqların düşməni» adlandırılması üçün Avropa Uşaq Birliyinə(EUROCHİLD AİSBL) göndərilmiş müraciət barədə məlumat veriləcək. Tədbirdə Milli Məclisin üzvləri, tanınmış QHT rəhbərləri və Respublika Uşaq Parlamentinin rəhbərliyi iştirak edəcək.

MƏKAN: ATATÜRK MƏRKƏZİ

ZAMAN: 12 MART, SAAT 12.00, 2008-Cİ İL

Yazar: LIDER @Mart 11, 2008 15:49
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 61
Açar sözlər:
Bookmark and Share

ERMƏNİ TERRORU AVROPA UŞAQ BİRLİYİNİDƏ (EURO CHİLD AİSBL) MÜZAKİRƏ OLUNA BİLƏR

Uşaq hüquqları sahəsində ən nüfuzlu beynəlxalq təşkilatın «Gənc Liderlər»in müraciəti əsasında məsələni gündəliyinə salacaq

«Gənc Liderlər» Uşaq Təşkilatı 31 mart Azərbaycanlıların soyqrımı günü ərəfəsində Avropa Uşaq Birliyinə(AUB) məktubla müraciət edib. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı verib. O, məktubda uşaq hüquqları sahəsində ən nüfuzlu beynəlxalq təşkilat olan AUB-dan ermənilərin Azərbaycana qarşı  apardığı işğalçılıq siyasəti və onun törətdiyi fəsadları, ermənilərin hücumları zamanı uşaq ölümü faktını və 31 mart soyqırımını qurumun üzvü olan 10-dan artıq öləknin müzakirəsinə çıxarmağı xahiş edib.

Fərid şahbazlı deyib ki, göndərilən müraciətdə ermənilərin BMT-nin 3 qətnaməsini saya salmadığı xüsusilə qeyd olunaraq, bu dövlətin Azərbaycana hücumları zamanı ümumilikdə 100-dən artıq uşaqın vəhşicəsinə öldürülüb, işgəncələrə mərur qalması bildirilib.

Məktubda eyni zamanda ermənilərin Azərbaycan mədəniyyətinə qarşı apardığı terrordan da söz açılaraq, erməni ifaçının «Eurovision»da ouxması gözlənilən «Sarı Gəlin» mahnısının xalqımıza məxsus olduğu xüsusi ilə qeyd olunub. Müraciətdə həm də, ermənilərin terrorunu əks etdirən fotoşəkillər və bu terror haqda beynəlxlaq mətbuatda çıxmış materiallar haqda da məlumat verilib.

Qurumdan isə «Gənc Liderlər»ə bu məsələni diqqətdə saxladıqlarını və AUB-un növbəti iclaslarının birində müzakirə olunacabını bildiriblər.

Yazar: LIDER @Mart 6, 2008 16:15
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 56
Açar sözlər:
Bookmark and Share