Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

QƏHRƏMAN ZABİTİMİZ RAMİL SƏFƏROVUN HƏBSİNDƏN 4 İL ÖTÜR

1462 gün-4 il- Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramilin həbsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həbsindən nə az, nə çox düz 4 il keçir. Bu gün ədalətsiz qərarla Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə... Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.

İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.

Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.

Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???

Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 4-cu ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 5-ci ili!

Yazar: LIDER @Fevral 28, 2008 3:20
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 60
Açar sözlər:
Bookmark and Share

«XOCALI FACİƏSİ UŞAQLARIN GÖZÜ İLƏ» ADLI TƏDBİR KEÇİRİLDİ

Tənzilə Rüstəmxanlı: «Xocalı faciəsi ermənilərin millətimizə qarşı etdiyi ən qanlı hadisədir»

«Gənc Liderlər» Uşaq Təşkilatı və Səbail rayonundakı 7 saylı orta məktəbin təşəbbüsü ilə sözügedən təhsil müəssəsində tanınmış ictimai xadimlərin iştirakı ilə «Xocalı faciəsi olduğu kimi adlı» tədbir keçirilib. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.

Toplantıda çıxış edən şagirdlər Xocalı faciəsinin tarixindən danışaraq, ermanilərin törətdiyi vəhşiliklərdən söhbət açıblar. Faciəni əks etdirən qısametrajlı filmin nümayiş olunduğu tədbirdə, məktəblilər faciənin dünyaya tanıdılması üçün təkliflər veriblər.

Tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək, ermənilərin artıq 20 ildir ki, azərbaycanlılara qarşı soyqrım həyata keçirdiyini bildirərək, Xocalı faciəsinin ermənilərin millətimizə qarşı etdiyi ən qanlı hadisə olduğunu diqqətə çatdırıb.

«Məktəblilərimiz bu faciə barədə daha çox öyrənməli və dünyaya çatdırmalıdır» deyən 7 saylı məktəbin direktoru Gülnaz Mehdizadə bu hadisənin hər bir azəri gəncinin ermənilərə qarşı daha mütəşşəkkil şəkildə mübarizə aparması üçün stimul olduğunu deyib.

Daha sonra çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı, Respublika Uşaq Parlamentinin sədri Tale Əliyev və digərləri bu faciənin həm də ən çox uşaq ölümünə səbəb olan hadisə olduğunu deyiblər.

Yazar: LIDER @Fevral 25, 2008 4:01
XƏBƏR | Şərhlər(1)
Baxış sayı: 72
Açar sözlər:
Bookmark and Share

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI 2008-Cİ İLİN İLK 2 AYININ FƏALLARININ ADINI AÇIQLADI

Təşkilat qalib olan şəxs, media və dövlət qurumlarının siyahısını bütün beynəlxalq uşaq birliklərinə göndərəcək

«Gənc Liderlər» Uşaq Təşkilatı 2008-ci ilin ilk 2-yanvar, fevral ayları üçün fəal şəxs, media və dövlət qurumlarını müəyyənləşdirmək məqsədi ilə apardığı sorğu və monitorinqlərinin nəticələri açıqlayıb. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub. Məlumatda keçirilən sorğularda 300-dən artıq respondentin iştirak etdiyi bildirilir.

Nəticələrə görə, media qurumlarından yanvar-fevral ayı üçün uşaqların problem və uğurlarını ən çox işıqlandıran TV-lər arasında Lider TV(Səda İnformasiya Proqramı), İTV(Carçı İnformasiya Proqramı) və Space TV(Hər gün İnformasiya Proqramı) fərqlənib. Qəzetlərdən isə bu nominasiya üzrə «Üç nöqtə», «Həftə içi», «Şərq» və «Yeni Azərbaycan» qalib olub.

İnformasiya agentliklərindən bu ada Azəri-Press İnformasiya Agentliyi(APA), İnternet portallarından isə «Qaynar» saytı layiq görülüb.

Millət vəkillərindən Elmira Axundova, Ülvi Quliyev, Nizami Cəfərov və Zahid Oruc yanvar və fevral ayı üçün uşaq hüquqları sahəsində ən fəal deputatlar seçiliblər. Onlar uşaq təşkilatları ilə əməkdaşlıq, uşaqların sosial  problemlərinin həllində göstərdikləri xidmətlərinə görə fərqləniblər. «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz isə ən operativ qəzet baş redaktoru seçilib

Dövlət qurumlarından isə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri, Səbail rayonu İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova isə uşaq təşkilatlarıyla ən sıx əməkdaşlıq edən dövlət məmuru nominasiyası üzrə fərqləniblər.

Təşkilat qalib olan şəxs, media və dövlət qurumlarının siyahısını bütün beynəlxalq uşaq birliklərinə göndərəcək.

Yazar: LIDER @Fevral 21, 2008 4:23
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 66
Açar sözlər:
Bookmark and Share

«MEHRİBAN ƏLİYEVA OLDUĞU KİMİ» ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLİB

Millət vəkilləri kitabı yüksək qiymətləndirib

"Gənc Liderlər" Uşaq Təşkilatının təşəbbüsü ilə nəşr edilən "Mehriban Əliyeva olduğu kimi" adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, təşkilatın sədri Fərid Şahbazlı bildirib ki, kitab qurumun elan etdiyi "Uşaq ili" çərçivəsində nəşr olunub. O deyib ki, kitabda yazıları dərc olunan uşaqlar ölkənin birinci xanımının fəaliyyətinin bütün sahələrini əhatə etməyə çalışıblar.  Kitabın ön sözünün müəllifi millət vəkil, professor Nizami Cəfərov, redaktoru isə tarix elmləri namizədi Tahir Şahbazovdur.

Fərid Şahbazlı kitabın ərsəyə gəlməsində xidsətlərinə görə, millət vəkili Elmira Axundova və «Parlaq Gələcək» veb studiyasına təşəkkürü bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Nizami Cəfərov, Elmira Axundova, Zahid Oruc, yazıçı-publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova və digərləri "Gənc Liderlər"in bu addımını yüksək qiymətləndiriblər.

Yazar: LIDER @Fevral 20, 2008 0:55
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 63
Açar sözlər:
Bookmark and Share

MƏTBUAT ÜÇÜN MƏLUMAT

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə işıq üzü görən və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş «Mehriban Əliyeva olduğu kimi» adlı kitabın təqdimat mərasimi keçiriləcək, Kitabın ön sözünün müəllifi millət vəkili, professor Nizami Cəfərov, redaktoru isə tarix elmləri namizədi Tahir Şahbazovdur.

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri və millət vəkilləri iştirak edəcək.

MƏKAN: BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİ(BMM)

ZAMAN: 18 FEVRAL, SAAT 13.00, 2008-Cİ İL

Yazar: LIDER @Fevral 13, 2008 13:50
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 61
Açar sözlər:
Bookmark and Share