Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

«UŞAQLARIN DOSTU» MİLLİ MÜKAFATININ 1 YAŞI TAMAM OLUR

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə mükafatın ilk qalibi Mehriban xanım Əliyeva haqqında «Mehriban Əliyeva olduğu kimi» adlı kitab işıq üzü görəcək

«Gənc Liderlər» Uşaq Təşkilatının təsis etdiyi «Uşaqların Dostu» Milli Mükafatının 1 yaşı tamam olur. Mükafatın 2007-ci ilin fevral ayında təsis edildiyini bildirən təşkilatın sədri Fərid Şahbazlı bu mükafatın uşaq hüquqları sahəsində çalışan, onların problemlərinin həllinə səy göstərən şəxs və qurumlara verildiyini söylədi. «Uşaqların Dostu» Milli Mükafatının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova kimi tanınmış laureatlarının olduğunu diqqətə çatdıran Fərid Şahbazlı, tanınmış millət vəkilləri, ictimai xadimlər və media qurumlarının da bu ada layiq görüldüyünü dedi.

«Gənc Liderlər» Uşaq Təşkilatı mükafatın 1 illiyi münasibəti ilə ilk dəfə «Uşaqların Dostu» olmuş millət vəkili Mehriban xanım Əliyeva haqqında bu günlərdə «Mehriban Əliyeva olduğu kimi» adlı kitab çapdan çıxacaq. Ön sözünün müəllifi millət vəkili, professor Nizami Cəfərov, redaktoru tarix elmləri namizədi Tahir Şahbazov olan nəşrdə Mehriban Əliyevanın fəaliyyətinin bütün sahələri barədə məktəblilərin fikir və düşüncələri yer alıb.

Fevral ayının əvvəlində adı çəkilən kitabın ictimaiyyət təqdimat mərasiminin keçiriləcəyini deyən Fərid Şahbazlı, mükafatın 1 illiyi münasibəti ilə yeni qalibəlr müəyyən etdiklərini qeyd edib.

Bu dəfəki qaliblər arasında, millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Nazim Məmmədov, TQDK sədri Məleykə Abbaszadə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş  üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov, yazıçı-publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun adı var.

Yazar: LIDER @Yanvar 31, 2008 13:27
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 62
Açar sözlər:
Bookmark and Share

UŞAQLARA DİQQƏT HEYDƏR ƏLİYEV ƏNƏNƏSİDİR

Fərid Şahbazlı: «Ümumilli liderin uşaqlarla bağlı fəaliyyəti dünya liderləri tərəfindən örnək götürüləcək qədər mükəmməldir»

Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının qərargahında ictimai təşkilatların iştirakı ilə «Heydər Əliyev şəxsiyyəti və Azərbaycan uşaqları» adlı dəyirmi massa keçirilib.

Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə qurumun üzvləri, Bakının müxtəlif məktəblərinin şagirdləri və ictimai təşkilatların nümayəndələri çıxış edərək, Heydər Əliyevin uşaqlara olan münasibətindən danışıblar. Natiqlər onun böyük siyasətçi, dahi lider olmaqla yanaşı həmdə, sadə insan olduğunu deyərək, uşaqlarla görüşləri zamanı bunun açıq göründüyünü bildiriblər.

Toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Heydər Əliyevin dünyanın uşaqlarla mütəmadi olaraq görüşlər keçirib, problemləri ilə maraqlanan çox az sayda liderlərindən olduğunu söyləyib. Qurumun rəhbəri ümumilli liderin «Uşaqların həyatı ilə maraqlanmaq, dünyanın gələcəyi ilə maraqlanmaqdır» fikrini xatırladaraq, onun uşaqlarla bağlı fəaliyyətinin dünya liderləri tərəfindən örnək götürüləcək qədər mükəmməl olduğunu diqqətə çatdırıb: «Bu gün bu işləri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası uğurla davam etdirir. Təsadüfi deyil ki, bu gün bütün uşaqlar «Yeni Azərbaycan» qəzetinə öz tribunları kimi baxırlar».

Yazar: LIDER @Yanvar 30, 2008 4:54
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 65
Açar sözlər:
Bookmark and Share

UŞAQ PARLAMENTLƏRİNİN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNACAQ

Bakı Məktəblilərinin Parlamenti uşaq parlamentlərinin şəhər konfransını keçirəcək

Bakı Məktəblilərinin Parlamenti(BMP) paytaxtda fəaliyyət göstərək orta məktəblərdəki uşaq parlamentlərinin şəhər konfransını keçirəcək. Bu barədə məlumat verən BMP sədri Tural Əliyev fevral ayında təşkil olunacaq tədbirinin şagird parlamentlərinin fəaliyyətində kardinal dəyişikliklər edəcəyini bildirib. Son illər paytaxtda şagird parlamentlərinin sayının artmasını yüksək qiymətləndirən sədr bu qurumların ciddi problemlərlə üz-üzə qaldığını qeyd edib.  Onun sözlərinə görə, şəhər konfransında Bakıdakı orta məktəblərin əksəriyyətində fəaliyyət göstərən Şagird parlamentinin sədrləri iştirak edəcək və toplantıda Bakı şəhərində fəaliyyət göstərən parlamentlərin fəaliyyətləri, problemləri və qazandıqları uğurlar müzakirə olunacaq. BMP-nin şagird parlamentlərinin koordinasiya mərkəzi olduğunu xatırladan Tural Əliyev, parlamentlərin işinin yüksəlməsi üçün  bir sıra layihələr hazırladıqlarını diqqətə çatdırıb: «İlk öncə, məqsədimiz orta təhsil ocaqlarında fəaliyyət gösətərən Şagird parlamentlərini məktəb rəhbərliyinin nəzarətindən çıxarmaqdır. Belə qurumlar yalnız  müstəqil fəaliyyət göstərdiyi təqdirdə uğur əldə edə bilərlər. Şəhər konfransından sonra təkliflərimizi hazırlayıb, dövlət başçısına göndərəcəyik».

Yazar: LIDER @Yanvar 30, 2008 4:50
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 52
Açar sözlər:
Bookmark and Share

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI UNİCEF-Ə MƏKTUB GÖNDƏRİB

Azərbaycandan bir qrup şəxs və qurumun “Uşaqların dostu” adlandırılması üçün

«Gənc Liderlər» Uşaq Təşkilatı dünya üzrə «Uşaqların Dostu» adlandırılması üçün bir qrup millət vəkili, ictimai xadim və media qurumunun siyahısını BMT-nin Uşaq Fonduna(UNİCEF) göndərib. Siyahıda uşaq hüquqlarının qorunması, onların problemlərinin həllinqdə fəallıq göstərən şəxs və qurumların adı yer alıb. Təşkilatın Mətbuat Xidmətindən verilən məlumata görə bu siyahıya üç millət vəkili , bir dövlət və beş media qurumu daxil edilib.

Belə ki, millət vəkilləri Mehriban Əliyeva, Elmira Axundova və Nizami Cəfərov uşaqların ictimai fəaliyyət sferasının genişləndirilməsi, uşaq təşkilatları ilə sıx əməkdaşlıqlarına görə fərqləniblər. Dövlət qurumlarından isə siyahıya Bakı şəhər Baş polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik-leytnantı Vaqif Əsədovun adı daxil edilib.

«Şərq», «Üç nöqtə», «Həftə içi», Azəri-press İnformasiya Agentliyi, Azərtac Dövlət Teleqraf Agentliyi və Lider TV-nin Səda İnformasiya proqramı isə media qurumlarını təmsil edib.

Yazar: LIDER @Yanvar 29, 2008 1:57
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 59
Açar sözlər:
Bookmark and Share

FƏRİD ŞAHBAZLI CEF BENETLE GÖRÜŞDÜ

Uşaqlar arasında dini durumun vəziyyəti ABŞ səfirliyinin diqqətindədir

“Gənc Liderlər” Uşaq Təşkilatının sədri Fərid Şahbazlı qurumun ofisində ABŞ səfirinin siyasi məsələlər və din azadlığı üzrə müşaviri Cef Benetle görüşüb. Azərbaycanda uşaq və yeniyetmələr arasında dini durumun vəziyyətinin müzakirə olunduğu görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub.

Görüşdə çıxış edən “Gənc Liderlər” Uşaq Təşkilatının sədri Fərid Şahbazlı son zamanlar ölkəmizdə mövcud olan dini tolerantlıqdan istifadə edib, uşaqlar arasında radikal dini təriqətlarin dəyərlərini yaymaq istəyən qüvvələrin çoxaldığını qeyd edib. Təşkilat sədri son aylarda vəhabilərin da fəallaşdığını bildirərək, Azərbaycan hakimiyyətinin bu sahədəki fəaliyyətinin məqsədəuyğun olduğunu deyib.

“Azərbaycanda uşaq və gənclər arasında dini durumun vəziyyəti daim ABŞ səfirliyinin diqqətindədir” deyən ABŞ səfirinin siyasi məsələlər və din azadlığı üzrə müşaviri Cef Benet “Gənc Liderlər”in dini durumla bağlı son bəyanatında yer alan fikirlərin  onları ciddi narahat etdiyini diqqətə çatdırıb. C.Benet Azərbaycanda dini sabitliyin möhkəm olduqunu, bu sabitliyi pozmaq istəyənlərə qarşı gənclər arasında maarifləndirici tədbirlərin həyata keçirilməsini vacib sayıb.

Yazar: LIDER @Yanvar 27, 2008 18:46
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 68
Açar sözlər:
Bookmark and Share