Reklam verin!

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI CƏNUB RAYONLARINA SƏFƏRDƏN QAYITDI

Yazar: LIDER @ İyul 30, 2008 1:45

Cənubda erkən nigah tüğyan edir

«Gənc Liderlər» Uşaq Təşkilatının bir qrup üzvünun ölkənin cənub regionuna 1 həftəlik səfəri başa çatıb.  Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı bildirib ki, səfər çərçivəsində təşkilatın üzvləri Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran rayonlarından olub, bu şəhərlərin təhsil ictimaiyyəti, müəllim və şagirdlərlə görüşüblər.


Fərid Şahbazlının sözlərinə görə, səfər zamanı aparılmış monitorinq və araşdırmalar cənub rayonlarında təhsilin və uşaq hüquqlarının vəziyyətinin heçdə ürəkaçan olmadığını göstərib.

Araşdırmalar zamanı, cənub regionunda, xüsusilə də Cəlilabad və Masallıda 12-16 yaşlı qızlar arasında erkən nigahın durmadan artdığı, bu rayonlardan qızların əksəriyyətinin yalnız ibtidasi təhsil aldığı üzə çıxıb.

«Gənc Liderlər»in araşdırmaları zamanı həm də, artıq yerli strukturların Cəlilabad və Masallıda erkən nigaha maneə ola bilmədiyi və bu səbəbdəndə ailə quran məktəbli qızların adlarının saxta yollarla təhsil alan şagirdlərin siyahısından çıxarıldığı bəlli olub.

Lənkəran və Biləsuvarda aparılan moniorinqlər isə daha mənfi nəticələr verib. «Gənc Liderlər»in araşdırmaları zamanı bəlli olub ki, bu rayonlardan uşaqlar ailələləri tərəfindən məişət işlərinə cəlb olunduqları üçün, sözügedən rayonlardə təhsilin səviyyəsi və dərsə davamiyyət olduqca aşağı səviyyədədir.

«Gənc Liderlər Uşaq Təşkilatının araşdırmaları onu da göstərib ki, cənub zonasının əksər məktəblərində şagird parlamentləri fəaliyyət göstərmir və uşaqların ictimai fəaliyyət imkanları məhduddur.

«Gənc Liderlər» Uşaq Təşkilatı əldə etdiyi məlumatları həm media, həm də məktubla Təhsil nazirliyinə təqdim edəcək. Təşkilatın növbəti səfəri isə İsmayıllı rayonuna olacaq.




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha