"GƏNC LİDERLƏR" HƏYƏCAN TƏBİLİ ÇALIR
Fərid Şahbazlı: "Azərbaycan idarə olunan porno saytların sayı 1000-ə yaxınlaşır"
Ötən gün «Gənc Liderlər» Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra cari və təşkilatı məsələlərlə yanaşı, son günlər ictimaiyyətin diqqətində olan uşaq pornoqrafiyası da müzakirə mövzusu olub. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.
Xəbərə görə, toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Azərbapycan gənclərinin və uşaqlarının mənəviyyatıının ciddi təhlükə altında olduğunu diqqətə çatdıraraq, təşkilatın apardığı araşdırmalar zamanı son 1 il ərzində ölkəmizdən idə olunan porno saytların sayının 1000-ə çatdığını qeyd edib. Təşkilat sədri bu cür saytlarda kiçik yaşlı uşaqların cinsi istismara məruz qalması, onların üzərinlə müxtəlif zorakı işgəncələrin tətbiq olunması, bir sözlə olduqca iyrənc porno görüntülərin yayımlanmasını gələcəyimizh və mənəviyyatımız üçün ciddi təhlükə saçdığını söyləyib. Son vaxtlar bu cür saytların «wap» İnternet proqramı vasitəsi ilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan, Şahbazlı artıq istənilən uşaağın rahatlıqla bu cür əxlaqsız saytları izləmək imkanını olduğunu vurğulayıb.
«Gənc Liderlər» Uşaq Təşkilatı bütün bunları nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu cür saytlarının heç bir maneəsiz fəaliyyətinə virtual məkanda sərbəstliyin olması kimi bəhanələrlə son veməməsini qətiyyətlə pisləyir və nazirlikdən uşaq pornoqrafiyasını, zorakı porno göürüntüləri yayımlayan saytları ləğv etməyi tələb edir. Bununla yanaşı, təşkilat müvafiq qurumlardan və İnternet kafelerdən 18 yaşına çatmayan yeniyetmələrin internetdən istifadə zamanı porno saytların açılmasına yol verilməməsini xahiş edir!




«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.