Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

ROBERT KÖÇƏRYANIN UŞAQLARIN DÜŞMƏNİ KİMİ TANINMASI ÜÇÜN APARILAN AKSİYA DAVAM EDİR

«Gənc Liderlər» Azərbaycanın səfirliklərinə müraciət etməklə yanaşı, regionlara səfərə çıxır

«Gənc Liderlər» Uşaq Təşkilatının Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Qarabağa hücumlar zamanı 100-dən artıq uşağın ölümünə icraçılıq etdiyi üçün beynəlxalq səviyyədə «Uşaqların düşməni» kimi tanınması istiqamətinlə apardığı aksiya davam edir. Bu barədə məlumatı  «Gənc Liderlər» Uşaq Təşkilatının sədri, aksiya ilə bağlı  yaradılmış Təbliğat Komitəsinin rəhbəri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, artıq bir neçə aydır ki, davam edən aksiyanın birinci mərhələsi artıq başa çatıb. F.Şahbazlının sözlərinə görə, birinci mərhələdə «Gənc Liderlər» R.Köçəryanın «Uşaqların düşməni» kimi tanınması üçün 100-ə yaxın beynəlxalq təşkilata müraciət edib, millət vəkillərinin iştirakı ilə «dəyirmi masa»lar təşkil edib. Ancaq beynəlxalq təşkilatların bu məsələdə də ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini deyən Şahbazlı artıq aksiyanın yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı:

 «Baxmayaraq ki, beynəlxalq təşkilatlar ermənilərin maraqlarının müdafiəçisi rolunda çıxış edib, bu aksiyaya dəstək vermirlər. Amma Biz artıq bu aksiya ilə bağlı əksər beynəlxalq qurumlara məlumat vermişik.

Bu gündən etibarən aksiyanı yeni mərhələyə keçiririk. İyul ayının ortalarından başlayaraq «Gənc Liderlər»in Cəlilabada, Biləsuvara, İsmayıllıya və digər regionlara səfərləri olacaq. Biz bu səfərlər çərçivəsində bölgələrdəki uşaqları da Robert Köçəryanın əməlləri barədə məlumatlandıracağıq. Bundan əlavə, artıq Azərbaycanın xaricdəki səfirliklərinə və diaspor təşkilatlarına müraciətlər etməyə başlamışıq. Bundan sonra aksiyaya beynəlxalq dəstəyi səfirliklərimizin və diaspor təşkilatlarımızın köməyi ilə almağa çalışacağıq».

Xatırladaq ki, R.Köçəryanın Uşaqların düşməni kimi tanınması üçün aparılan aksiya bir neçə aydır ki, davam edir.  «Gənc Liderlər»in aksiyanı genişləndirmək məqsədi ilə təsis etdiyi ictimaiyyət nümayəndələri, media qurumları və Milli Məclis üzvlərindən ibarət Təbliğat Komitəsinə artıq yeni millət vəkillərinin qoşulması ilə, qurumdakı deputatların sayı 5-ə çatıb(Fəttah Heydərov, Nazim Məmmədov, Zahid Oruc, Yaqub Mahmudov, Nizami Cəfərov).

Yazar: LIDER @İyul 1, 2008 12:49
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 28
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha