Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI AZƏRBAYCAN İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ

GƏLƏCƏYİMİZ TƏHLÜKƏDƏ!!!

Yeniyetmə oğlanların 40% siqaretə qurşanıb

«Gənc Liderlər» Uşaq Təşkilatı Azərbaycan ictimaiyyətinə müraciət edib. Təşkilatın Mətbuat xidmətindən daxil olan xəbərə görə, müraciətdə ölkə ictimaiyyətinə son illər uşaqlar arasında geniş yayılmış və getdikcə ciddiləşən siqarət aludəçiliyinə qarşı  birgə mübarizə aparmağın artıq zərurət olduğunu  qeyd olunur.

Müraciətdə son iki ilə ərzində məktəb yaşlı yeniyetmə oğlanlar arasıda siqəret çəəkənlərin sayının kəskin şəkildə yüksəlməsi, qeyri-rəsmi məlumatlara görə, hər 10 məktəblidən 4-nün siqarətə qurşanması gələcəyimiz üçün ciddi əhlükə kimi qiymətləndirilir.

2008-ci ilin 6 ayı ərzində yeniyetmələr arasında siqaret çəkənlərin faizinin 40-a çatması, eyni zamanda bu zərərli vərdişə qurşananların yaşının gəncləşməsi cəmiyyətə olan həyacan təbilidir. Müraciətdə qeyd olunub ki, ötən illərlə müqayisədə artıq siqarət çəkənlərin yaş həddi 10-17 yaş arasına yüksəlib.

«Gənc Liderlər» Uşaq Təşkilatı müraciətdə bütün bunları nəzərə alaraq, mətbuat vasitəsi ilə ölkə vətəndaşlarına, media qurumlarına, Təhsil, Daxili İşlər və Səhiyyə Nazirliklərinə müraciət edərək, bu məsələdə səylərini artırmalarını xahiş edir. Qurum əgər yaxın 1 il ərzində proseslərin bu cür davam edəcəyi təqdirdə, uşaqların çox ciddi böhranla üz-üzə qalacağını bəyan edir.

Mətbuat Xidmətindən verilən xəbərə görə,  təşkilat yeni tədris ilindən etibarən problemlə bağlı maarifləndirici aksiyalara başlayacaq!

Yazar: LIDER @İyun 12, 2008 16:41
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 44
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha