«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI YUNUS OĞUZUN «ATİLLA» KİTABINI MÜZAKİRƏ EDİB
Fərid Şahbazlı: «Bu kitab gənclərin Attila kimi türk qəhrəmanının həyatını öyrənməsi üçün əvəzsiz mənbədir»
«Gənc Liderlər» Uşaq Təşkilatının Mədəniyyət departanmentinin təşkilatçılığı ilə qurumun ofisində yazıçı-publisist Yunus Oğuzun «Atilla» kitabının müzakirəsi keçirilib. Bu barədə məlumat təşkilatın Mətbuat Xidmətindən verilib. Xəbərə görə, müzakirələrdə müxtəlif uşaq QHT-lərinin rəhbərləri, onlarla məktəbli və məktəb nümayəndələri iştirak edib. Toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Yunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan, tarixi mövzularda dəyərli əsərlərin müəllifi kimi qiymətləndirib. O, «Atilla» kitabının müəllfiin olduqca maraqlı nəşrlərindən olduğunu qeyd edərək, kitabda böyük türk sərkərdəsi Atilla haqqında kifayət qədər dəyərli məlumatların olduğunu diqqətə çatdırıb. Fərid Şahbazlı kitabın Atillanını həyatının öyrəniləmsində dəyərli və etibarlı mənbə olduğunu söyləyib: «Bu kitab gənclərin Attila kimi türk qəhrəmanının həyatını öyrənməsi üçün əvəzsiz mənbədir. Hesab edirəm ki, uşaq və gənclər təşkilatları bu kitabın yeniyetmələr arasında daha çox yayılmasına çalışmalıdır. Türk tarixi, onun görkəmli simaları, sərkərdələri barədə məlumatçızlığın hökm sürdüyü zamanda «Atilla» kitabında yr alan tarxi qeydlər çox önəmlidir. Bütün gənclər bunları dərindən bilməlidir».
Daha sonra çıxış edən gənclər və təhsil işçiləri də kitabın əhəmiyyətini qeyd ediblər.




«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.