«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATININ MÜRACİƏTİ
Təşkilat Mehriban xanım Əliyevanın dəstəklənməsi üçün apardığı kompaniyanı İnternet vasitəsi ilə də keçirir
«Gənc Liderlər» Uşaq Təşkilatı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın YUNİSEF-in Xoşməramlı səfiri seçilməsi üçün apardığı dəstək kompaniyasını daha sürətli təşkil etmək məqsədi ilə bundan sonra İnternet vasitəsi ilə də aparacaq!
Bu aksiyaya dəstək vermək istəyən məktəblilər, gənclər peşəsindən asılı olmayaraq, ad və soydalarını, oxuduqları təhsil müəissəsinin, çalışdıqları idarənin adını yazıb genc-liderler@mail.ru ünvanına göndərməklə, qoşula bilərlər!!!!
AZƏRBAYCAN UŞAQLARININ DOSTUNU DƏSTƏKLƏYƏK!




«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.