«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI İMZATOPLAMA KOMPANİYASINA BAŞLAYIB
Təşkilat Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YUNİSEF-in Xoşməramlı səfiri seçilməsi üçün quruma mürəciət edəcək
«Gənc Liderlər» Uşaq Təşkilatı imzatoplama kompaniyasına başlayıb. Bu barədə təşkilatın sədri Fərid Şahbazlı məlumat verib. Fərid Şahbazlının sözlərinə görə, imzatoplanmasına səbəb Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın YUNİSEF-in Xoşməramlı səfiri seçilməsi üçün BMT Uşaq Fonduna ediləcək müraciətdir.
Təşkilat sədrinin sözlərinə görə, rərbərlik etdiyi qurum Mehriban Əliyevanın təkcə Azərbaycanda deyil, beynəlxalq müstəvidə uşaq hüquqlarının qorunmasında, onların sosial-məişət və təhsillə bağlı problemlərinin həllindəki göstərdiyi əvəzsiz xidməti nəzərə alaraq bu barədə qərar qəbul edib. Qərarla bağlı olaraq, təşkilat üzvləri bu gündən etibarən M.Əliyevanın namizədliyinin dəstəklənməsi məqsədi ilə uşaq və gənclər arasında imzatoplama kompaniyasına başlayıblar. Bundan əlavə, təşkilat daha çox imzanın toplanmasını həyata keçirmək üçün qurumun ofisində də xüsusi «İmza otağı» yaradacaq. Kompaniyaya qoşulmaq istəyənlənlər quruma müraciət edərək, aksiyaya qoşula bilər. Fərid Şahbazlının sözlərinə görə, aksiyaya qoşulanlar barədə məlumatlar artıq qurumun rəsmi www.liderler.azeriblog.com saytında artıq yerləşdirilməyə başlanılıb.
Təşkilat rəhbərinin sözlərinə görə ilkin mərhəldə mindən artıq imzanın toplanması gözlənilir. İyun ayı ərzində davam edəcək kompaniyadan sonra «Gənc Liderlər» Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən materialları, Heydər Əliyev Fondunun ölkəmizdə və Pakistanda təhsilin inkişafı üçün həyata keçirdiyi layihələri, tikilən yeni məktəblər barədə məlumatları hazırlayaraq, YUNİSEF-in «Xoşməramlı səfiri» seçilməsi üçün qurumun Azərbaycan nümayəndəliyinə təqdim edəcək.
AKSİYAYA İLK QOŞULANLARIN SİYAHISI:
Fərid Şahbazlı-7 saylı məktəb
Etibar Hüseynov- 7 saylı məkəb
Tural Əliyev-158 saylı məktəb
Rauf Gülümcalı- 286 saylı məktəb
Ləman Dadayeva-214 saylı məktəb
Yalçın Hacıyev- 47 saylı məktəb
Nərmin Əzimzadə-47 saylı məktəb
Ülvi Əsədli-47 saylı məktəb
Elza İsgəndərli-59 saylı məktəb
Aişə Məmiyeva-59 saylı məktəb
Tural Cəfərov- 10 saylı məktəb
Emin Cabbarov-147 saylı məktəb
Etibar Muradlı-147 saylı məktəb
Könül Əkbərova-7 saylı məktəb
Əli Məmmədov- 258 saylı məktəb
Samir Şahbazov-7 saylı məktəb
Fərhad Abbasov- 258 saylı məktəb
Eyyub Bağırov-Cəmşid Naxçıvanski adına hərbi litsey




«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.