MEHRİBAN ƏLİYEVA OLDUĞU KİMİ
Heç kimi sirr deyil ki, 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması
ölkəmizin ictimai-sosial və mədəni həyatında bir canlanma müşahidə olunur. Fondun prezidenti Mehriban Əliyevanın qısa müddət ərzində həyata keçirdiyi çoxcəhətli fəaliyyət bütün həyat sahələrində özünü göstərir və bu, Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən böyük razılıqla qarşılanır. Heydər Əliyev Fondu Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsi, uşaqların rahat, yüksək maddi-textiki bazaya malik məktəblərdə təhsil alması üçün müxtəlif layihələr həyata keçirir. Yeni-yeni məktəb binalarının tikilməsi, uşaq bağçaları və internatların müasir tələblər səviyyəsinə gətirilməsi, "Kor və görmə qabiliyyəti az olan şəxslər üçün təhsil" layihəsi və s. dediklərimizə əyani sübutdür. Mehriban xanımın bu məsələlərə təkcə peşəsindən irəli gələn vəzifənin icrası kimi deyil, həm də vətəndaş borcu kimi yanaşması isə onun ölkəmizin gələcəyi olan uşaqların hərtərəfli təmin olunmasına bəslədiyi böyük arzu və istəklərindən irəli gəlir. Mədəni dəyərlərimizin qorunması, onların yad ünsürlərin təsiri altına düşməməsi üçün Mehriban Əliyevanın gördüyü işlər də təqdirəlayiqdir. Təkcə Muğam müsabiqəsinin keçirilməsi faktını demək kifayətdir ki, M.Əliyevanın Azərbaycan mədəniyyətinin hamisi olduğunu etiraf edəsən. Ümumiyyətlə, bu gün ölkəmizin həyatının bütün sahələrində Heydər Əliyev Fondunun və onun rəhbərinin zəhmət izləri özünü göstərməkdədir. Mehriban xanımın peşəsindən irəli gələrək, uşaq və gənclərimizin həm də fiziki cəhətdən sağlam böyüməsi istiqamətində fəaliyyəti, yeni-yeni səhiyyə ocaqlarının açılması, səhiyyəmizin müasir avadanlıqlarla təmin olunaraq, dünya standartlarına yüksəldilməsi onun gördüyü geniş miqyaslı işlərin yalnız bir hissəsidir. Bu il Mehriban Əliyevanın hazırladığı qanun layihəsi əsasında verilən amnistiya aktı nətcəsində yüzlərlə insanın azadlığa qovuşması, yüzlərlə ailələrə, uşaqlara hədiyyə edilən sevinc payı da bu xanımın xarakterindəki humanizmdən irəli gəlir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə ölkə miqyasında deyil, dünya səviyyəsində yüksək qiymətləndirilir. Rusiya Federasiyası Federal Məclisi Fedarasiya Şurasının sədri Sergey Mirinovun "Mehriban Əliyeva kimi, xeyirxah və qızıl ürəkli insanlar bütün dünyaya fəzilət bəxş edir", Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi İqor İvanovun "Mən Mehriban Əliyevanın fəaliyyətini yüksək bəşəri iş sayıram", Dünya Səhiyyə Təşilatının baş direktoru Marqaret Çanın "biz Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk" sözləri də fikirlərimizi bir daha təsdiqləyir. "Sivilizasiyaların yaxınlaşmasında Mehriban Əliyevanın xidmətləri böyükdür" - bu tarixi sözlər isə İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman Əl Tuveycriyə məxsusdur və Azərbaycanın birinci xanımının çoxcəhətli fəaliyyətinin göstəricisi kimi çıxış edir. Beləliklə, Mehriban xanım Əliyevanın uşaqların kollektiv əməyinin məhsulu olan bu nəşrin baş qəhramanı kimi seçilməsi tamamilə təbii və qanunauyğundur. Güman edirik ki, hər hansı tərifdən, bayağı ibarələrdən və gurultulu notlardan uzaq olan bu kitab bütün uşaqların ürəyincə olacaq.
Fərid ŞAHBAZLI
"Gənc Liderlər" Uşaq Təşkilatının sədri




«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.