Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

«GƏNC LİDERLƏR» 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNÜ QEYD ETDİ

Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə və təşkilatın 2 illik yubileyinə həsr olunmuş «Uşaqlar bizim gələcəyimizdir» adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı bütün uşaqları bayramları münasibəti ilə təbrik edərək, Uşaqların Müdafiə Gününün əhəmiyyətindən danışdı.  Təşkilat sədri 1 İyunun uşaqlar günü elan edilməsində məqsədin dünya ictimaiyyətinin diqqətini uşaqların hüquqlarına, onların problemlərinə   cəlb etmək məqsədi daşıdığını qeyd etdi. F.Şahbazlı Azərbaycanda son illər uşaq hüquqlarına diqqətin artdığını söyləyərək, bu bu sahədə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın xidmətlərindən danışdı. Təşkilatın sədri uğurlarla yanaşı problemlərində olduğunu, lakin artıq ölkəmizin uşaq hüquqları sahəmində dünya miqyasında özünü təstiq etdiyini diqqətə çatdırdı. Fərid Şahbazlı 2 il ərzində «Gənc Liderlər»in 267 layihə həyata keçirdiyini xüsusi vurğuladı.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Nazim Məmmədov bütün uşaqları bayram münasibəti ilə təbrik edərək, uşaqların Azərbaycanın sabahı olduğunu bildirdi. Millət vəkili uşaqların problemlərinin həlli, hüquqlarının qorunması istiqamətində dövlətin gördüyü işlərdən danışaraq, hər kəsin yeniyetmələrin fəal olması üçün səy göstərməsinin vacibliyini vurğuladı.

«Gənc Liderlər» Uşaq Təşkilatının üzvləri çıxış edərək,  qeyd etlilər ki, parılan araşdırmalar Azərbaycandakı minlərlə orta məktəbin yalnız 150-ə yaxınında Şagird parlamentlərinin olduğunu göstərib. Bunun isə uşaqlar arasında demokratik idarəçilik vərdişlərinin ləng inkişafına və onların hüquqlarının pozulmasına gətirib çıxardığı söylənildi. 

«Dəyirmi masa»da  Ombudsman Aparatının, Səbail Rayonu İcra Hakimiyyətinin, Dövlət Yol Polisi İdarəsinin və Təhsil nazirliyinin nümayəndələri çıxış etdilər.

Tədbir müzakirlərlə davam etdi.

Yazar: LIDER @May 29, 2008 18:27
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 57
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha