Reklam verin!
Yuma Ailə Jurnalı

«BMP 6 AYDA ÖZÜNÜ TƏSDİQ EDƏ BİLDİ»

Yazar: LIDER @ Aprel 27, 2008 2:14

Bakı Məktəbliləri Parlamentinin sədri fəaliyyətlərinin 6 ayının yekunu haqda hesabat verdi

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü Bakı Şəhəri üzrə təhsil İdarəsinin dəstəyi ilə  2007-ci ilin oktyabr ayında təsis olunan Bakı Məktəblilərinin Parlamenti(BMP) fəaliyyətinin 6 ayı haqda hesabat verib. Bu barədə açıqlama verən parlamentin sədri Tural Əliyev 6 ayda özlərini təsdiq ndə bildiklərini qeyd etdi: «BMP 6 ay ərzində çox ciddi və demokratik fəaliyyət göstərib. Kim ki, işində nöqsana yol verib, parlament üzvlərinin qərarı ilə üzvlükdən xaric edilib. Bu gün parlamentdə Bakının 7, 258, 47, 158, 59, 147, 214 və 10 saylı məktəblərin məktəbli-deputatları təmsil olunur».

Fəaliyyətləri zamanı 10-dan artıq məktəbdə şagirdlərlə görüş keçirdiklərini bildirən parlament sədri müxtəlif təhsil ocaqlarında keçirilən yüzlərlə tədbirlərə dəvət alıb və iştirak etdiklərini deyib. Qurumun sədri BMP-nin «Uşaq hüquqlarının qorunmasında uşaq parlamentlərinin rolu», Bakı şəhər DYP İdarəsi ilə «Təhlükəsiz piyada» aksiyalarını gerçəkləşdirdiklərini diqqət çatdırıb.

Tural Əliyev Bakı Məktəbliləri Parlamentinin 1 İyun Uşaq Hüquqları Günündə keçiriləcək tədbirlərdə də sıx iştirak edəcəklərini söylədi.





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha