Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

«GƏNC LİDERLƏR» UŞAQLARIN RADİKAL VƏHHABİLİYƏ QOŞULMASI İLƏ BAĞLI YENİ MƏLUMATLAR ÜZƏ ÇIXARDI

Fərid Şahbazlı: «Vəhhabiliyin təbliğində peyğəmbərin təhqirinə yol verilir»

«Gənc Liderlər» Uşaq Təşkilatı uşaqlar arasında dini durumun vəziyyətini müəyyənləşdirmək məqsədi ilə növbəti araşdırmalarının nəticələri açıqlayıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı deyir ki,  bu dəfə də olduqca ilgins və maraqlı məlumatlar əldə ediblər.

Təşkilat sədrinin sözlərinə görə, uşaqlar arasında vəhhabiliyin banilərinin həyatı, onların İslam haqqında fikirləri təbliğ olunur. Təşkilat üzvlərinin radikal vəhhabiliyə qoşulmuş uşaqlardan biri ilə söhbətində bəlli olub ki, bu dinin təbliği zamanı İslam Peyğəmbəri-Məhəmməd peyğəmbərin təhqirinə yol verilir: «Uşaqlara Əli ibn Əl Falih adlı bir vəhhabinin adından xüsusi vərəqələr paylanır. Bu vərəqələrdə, Məhəmməd Peyğəmbərin nahardan sonra əlini yumadan namaza başlaması İslama qarşı təhqir kimi qeyd olunur. Bu vərəqələrdə Əli ibn Əl Falihin bu barədə Peyğəmbərə irad tutması, lakin onun bundan nəticə çıxarmaması kimi mənamlar var».

Fərid Şahbazlı deyir ki, uşaqlara paylanan vərəqələrdə tanımış vəhhabilərin İnternet ünvanları reklam olunur. Əldə olunan məlumatlarda deylir ki, belə şəxslərin arasında Şeyx Saleh Əl-Fovza, Şeyx Rabi ibn Hadi əl Mədxəlinin internet ünvanları var.

«Gənc Liderlər» Uşaq Təşkilatının apardığı araşdırmalar zamanı o da bəlli olub ki, İranı təmsil edən dini missionerlər və vəhhabilər onların təsirinə düşən  uşaqları təhsildən yayınmağa və həqiqətləri əks etdirməyən İslam tarixini öyrənməyə çağırır.

Yazar: LIDER @Sentyabr 30, 2007 20:11
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(1)
Baxış sayı: 110
Açar sözlər:
Bookmark and Share

7 SAYLI MƏKTƏBDƏ PARLAMENT SEÇKİLƏRİNƏ START VERİLDİ

Yaxın  günlərdə bu təhsil ocağının Şagird parlamentinə sədr seçiləcək

Səbail rayonunda yerləşən 7 saylı orta məktəbdə Şagird parlamentinə seçkilərə start verilib. Bu barədə saytımıza açıqlamasında məktəbin təşkilatçı müəllimi Elmira İbrahimova məlumat verib.

Onun sözlərinə görə, artıq Şagird parlamentinə seçkilərə start verilməsi haqqında elanlar məktəbə yerləşdirilib. İbrahimova deyir ki, istedadına güvənən hər bir şagird parlamentə üzvlüyünə namizədliyini irəli sürə, seçki plotformasını məktəb ictimaiyyətinə təqdim edərək, Şagird parlamentinin üzvü ola bilər. Şagird parlamentinin 7 saylı məktəbdə əsas məktəbli təşkilatı olduğunu deyən, təşkilatçı müavin yaxın günlərdə parlamentə sədr seçiləcəyini də qeyd etdi. Onun sözlərinə görə, fəaliyyətdə olduğu bu altı ildə 7 saylı məktəbin Şagird parlamenti kifayət qədər fəal olub: «Müxtəlif alimlər, millət vəkilləri, televiziya aparıcıları, mütəxxəsislər ilə şagirdlərin görüşlərini təşkil etmiş, müzakirlər mümkün etmişik. Tariximizin əlamətdar günlərinə həsr olunmuş onlarla tədbirlər keçirmişik.

Eyni zamanda parlamentimizin aylıq divar qəzeti də fəaliyyət göstərir. Bu qəzetdə şagirdlər müxtəlif mövzularda məqalələrlə çıxış edirlər».

Yazar: LIDER @Sentyabr 28, 2007 3:28
Bölməsiz | Şərhlər(1)
Baxış sayı: 102
Açar sözlər:
Bookmark and Share

SENTİYABR AYININ ƏN FƏAL ŞƏXSLƏRİ, MEDİA VƏ DÖVLƏT QURUMLARI BƏLLİ OLDU

«Gənc Liderlər» Uşaq Təşkilatı növbəti nəticələri açıqladı

«Gənc Liderlər» Uşaq Təşkilatı ənənəvi olaraq, sentiyabr ayı üçün ən fəal şəxsləri, media və dövlət qurumlarını müəyyənləşdirmək məqsədi ilə keçirdiyi sorğu və monitoriqlərin nəticələrini açıqlayıb. Təşkilatın mətbuat xidmətidən verilən məlumata görə bu dəfə ki, sorğularda müxtəlif uşaq və gənclər təşkilatlarını təmsil edən 100-dən artıq gənc iştirak edib. Sorğular həm şifahı həmdə elektron formada keçirilib.

Belə ki, nəticələrə görə, ən fəal şəxslər arasında millət vəkilləri Yaqub Mahmudov, Nizami Cəfərov, Fəttah Heydərov, Adil Əliyev və  Fuad Muradov qalib olub.

Media qurumlarından  «Azəri-Press» Agentliyi, «Olaylar», «Şərq», «Bakı Təhsili» qəzetləri, İctimai Televiziyanın «Xəbərlər» departanmenti, www.anspress.comwww.mediaforum.az saytları fəal olub.

Dövlət qurumlarından isə Omdubdsman Aparatı və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi fərqlənib.

Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi ən dövlət qurumu, millət vəkilləri Aydın Abbasov və Gülər Əhmədova ən passiv millət vəkilləri seçilib.

Yazar: LIDER @Sentyabr 27, 2007 0:51
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 82
Açar sözlər:
Bookmark and Share

ŞOK! UŞAQLAR ARASINDA RADİKAL VƏHABİLİYİ QƏBUL EDƏNLƏRİN SAYI DURMADAN ARTIR

«Gənc Liderlər» Uşaq Təşkilatı İranın ideyalarını yaymaq müqabilində uşaqlara Qum şəhərində pulsuz təhsil almaq vəd olunduğunu üzə çıxardı

«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) quruma daxil olan müraciətlər əsasında apardığı növbəti monitorinqləri başa çatdırıb. Bu barədə məlumat verən, təşkilatın sədri Fərid Şahbazlı deyir ki, aparılan araşdırmalar zamanı olduqca gözlənilməz və şok məlumatlarla qarşılaşıblar. Belə ki, təşkilatın apardığı müşahidələr və daxil olan müraciətlər nəticəsində bəlli olub ki, ölkədəki radikal dini missionerlərin fəaliyyəti nəticəsində uşaqlara qeyri-ənənəvi dinlərin təsiri güclənib. Təşkilat sədrinin sözlərindən bəlli oldu ki, konkret olaraq son aylar radikal vəhabiliyi təbliğ edən qüvvələrin səyi nəticəsində uşaqlar arasında bu dinin radikal qanadına qoşulanların sayı durmadan artır. F.Şahbazlının sözlərinə görə, məktəb yaşlı uşaqları müxtəlif şirnikləndirici vədlərlə sıralarına qoşmağı bacaran dini missionerlər onlardan radikal vəhabiliyin ideyalarını yaşıdları arasında yaymaq məqsədi ilə istifadə edir. GLUT-un apardığı araşdırmalar zamanı bəlli olub ki, qeyri-ənənəvi dinləri təbliğ edən məcsid və mədrəsələrə daha çox Nəsimi, Yasamal rayonlarının ərazilərində təsadüf olunur. Təşkilata daxil olan məlumatda deyilir ki, uşaqlara bu dini qəbul etmək müqabilində maddi vəsaitdən tutmuş oyun komputerlərinə qədər müxtəlif əşyalar hədiyyə edilir.

«Gənc Liderlər» Uşaq Təşkilatının sədri deyir ki, rəhbərlik etdiyi qurumun apardığı monitoriqlər zamanı bir sıra məscid və mədrəsələrdə İranın ideyalarını təbliğ edən xüsusi dini missionerlər fəaliyyət göstərdiyi üzə çıxıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bu şəxslər yalnız uşaq və gənclərin bu işə  cəlb edilməsinə təhkim olunub. Onlara yaxın olan mənbələrdən təşkilata verilən məlumata görə, artıq belə uşaqların sayı durmadan artır və onlar «Bizim əsl vətənimiz İrandır» deyə fikirlər işlədir, kiçik yaşlı qızlar isə farslara məxsus geyimlər geyinirlər. Təşkilat əldə etdiyi daha bir informasiyada isə deyilir ki, uşaqlara İranın ideyalarını təbliğ etmək müqabilində Qum şəhərində pulsuz təhsil almaq vəd olunur.

Təşkilat araşdırmaları davam etdirir.

Yazar: LIDER @Sentyabr 24, 2007 0:06
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 86
Açar sözlər:
Bookmark and Share

221 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR?

Saytımızın əməkdaşları bu təhsil müəssəsində baş verənləri yerindəcə araşdırdı

Xəbər verildiyi kimi ötən həftə, Xətai rayonu 221 saylı məktəbdə ilk dərs günü müəllimlər arasında insident baş verib. Fiziki tərbiyədən dərs deyən iki müəllim arasında mübahisə nəticəsində hər iki müəllim xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Dərs saatının bölüşdürülməsi məsələsində ortaq məxrəcə gələ bilməyən müəllimlər- Rövşən Məmmədov və Müşfiq Əliyev mübahisənin həllini direktorun kabinetində çözmək istəyiblər.

Məktəbdə bu ilin mart ayından çalışan və hadisənin iştirakçılarından olan Müşfiq Əliyev deyib ki, məsələ direktorun yanında öz rəsmi həllini tapsada, sonradan Rövşən Məmmədov siniflərin birində ona kəllə ataraq, şüşə ilə xəsarət yetirib. 9-10 ildir ki, 221 saylı məktəbdə dərs dediyini söyləyən, R.Məmmədov isə insidentdə qarşı tərəfi ittiham edib.

Bəs əslində, hadisə necə baş verib? Şagirdlərin gözü qarşısında, biri-birilərinə xəsarət yetirən müəllimlərin şagirdlərlə münasibətləri necə olub? Hadisənin əhəmiyyətini nəzərə alan saytımızın qəzetinin əməkdaşları olayı yerindəcə araşdırmağa qərar verərək, 221 saylı məktəbdə olublar.

«Rövşən Məmmədov şagirdləri «fəhlə» yerinə işlədirdi»

Birinci növbənin dərslərinin sona çatdığı saatlarda artıq 221 saylı məktəbin qarşısındaydıq.  Hara baxırdıqsa, məktəblilərin qrup-qrup toplanıb məktəbdə baş verən son hadisə haqqında söhbət etdiklərini görürdük. Elə bu səbəbdən də, çox yubanmayaraq, özümüzü təhsil müəssəsində oxuyan şagirdlərin birinin qohumu kimi təqdim edib, məktəblilərlə şagirdləriylə ünsiyyət yaratdıqdan sonra, baş vermiş hadisə və müəllimlərlə bağlı məktəblilərlə söhbət etməyə başladıq. Özünü 9-cu sinif şagirdi kimi təqdim edən Ələkbər adlı məktəbli hadisənin şəxsən şahidi olduğunu dedi: «Müəllimlərin qarşıdurmasını sinif yoldaşlarımla birgə məktəbi dolaşərkən gördüm. Bir onu eşitdim ki, Müşfiq müəllim Rövşən müəllimi ağır söyüşlərlə təhqir elədi.  Rövşən müəllim isə onun yaxasından yapışaraq, kəllə vurdu. Müşfiq müəllim özünü itirdiyi üçün, R.Məmmədov növbəti zərbəni əlinin altındakı şüşə ilə endirdi».

Hər iki müəllim arasında davamlı olaraq, söz atışmalarının olduğunu deyən 9-cu sinif şagirdi Rövşən Məmmədovun şagirdlərlə də ara-sıra sözləşdiyini bildirdi: «Rövşən müəllim ümümiyyətlə çox kobud adamdır. Onun dilindən bir xoş söz eşitməmişik. Həmişə uşaqlardan, top almaq üçün pul yığır, amma sonra onların futbol oynamasına imkan vermir. Elə bir məktəblilər bura oxumağa yox «fəhləlik» eləməyə gəlir. Onlara idman dərsində öz işlərini gördürür, idman həyətini təmizlətdirirdi».

«Övladlarımız bu məktəbdə normal idman dərsi keçməyib»

Ya baş vermiş hadisənin xofundan idi, yada sadəcə ənənə şəklini almışdı deyə bilmərik, amma 221 saylı məktəbin önündə xeyli sayda valideyn cəmləşmişdi. Elə biz də tənbəllik etməyib, valideynlərdən birinə yaxınlaşdıq. Hadisə barədə yenicə danışmağa başlamışdıq ki, valideyn sanki bizi gözləyirmiş kimi başladı nə başladı: «Vallah biabırçılıqdır. Bu necə işdir ki, iki müəllim uşaqların qarşısında dava edir. Hökumət  çalışır ki, nəsə bir irəliləyiş olsun, bunlarda dərs üstündə bir-birini vururlar. Eşidəndə inanmadım. Amma, uşaq elə hər idman dərsində məndən top üçün, «zal pulu» istəyirdi. Amma nə vaxt gəlmişəm, uşaqların burda normal idman dərsi keçdiyini görməmişəm. Nə deyim, vallah gərək bir ölçü götürülsün».

Valideynlər övladlarını 221 saylı məktəbdən çıxarırlar

Başımız söhbətə elə qarışmışdı ki, ikinci növbənin zənginin vurulduğunu yalnız şagirdlər məkətəbə daxil olarkən bildik. Bizdə şagirdlərə qoşulub çətinliklə olsa belə, məktəbə daxil ola bildik. Təhsil müəssəsinə yenicə qədəm başmışdıq ki, qarşıdan gələn bir xanımın valideynlərlə narazılığını bölüşərək, onlarla məhz məktəbdə iki müəllimin qarşıdurması səbəbindən kiçik yaşlı övladını məktəbdən çıxarmağa məcbur olduğu barədə söhbət etdiyini gördük. Eşitdiklərimiz təxminən belə idi: «Vallah yaxşı dərs keçirlər, ancaq uşaq o hadisədən sonra bərk qorxub. Daha məktəbə gəlmək istəmir. Nə edim, məcburam başqa məktəbə qoyum…».

Bizim isə artıq məktəbi tərk edib, yığdığımız materialları redaksiyaya təqdim etmək vaxtımız çatmışdır. Necə deyərlər «çox istəyən azdan da qalar». Çünki artıq, şagirdlər hər kəsdən baş vermiş olay barədə daha çox məlumat almağa çalışan naməlum  bir şəxsin fəaliyyətindən şübhələnmişdilər…

Yazar: LIDER @Sentyabr 20, 2007 21:42
Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 94
Açar sözlər:
Bookmark and Share