Qaliblər arasında tanınmış media qurumları da var
«Gənc Liderlər» Uşaq Təşkilatı 2007-ci il ərzində ənənəvi olaraq «Uşaqların Dostu» nominasiyası üzrə apardığı sorğu və monitorinqlərin yekun nəticələrini açıqlayıb. Təşkilatın qərargahında 2007-ci ilin yekunlarına həsr olunmuş toplantıda çıxış edən qurumun rəhbəri Fərid Şahbazlı 2007-ci ilin uşaq hüquqları sahəsində uğurlu il olduğunu bildirərək, bu ilin təşkilatın da tarixində nailiyyətlərlə yadda qaldığını diqqətə çatdırıb. Daha sonra F.Şahbazlı 2007-ci ilin fəal şəxs və qurumlarını müəyyənləşdirmək məqsədi ilə keçirdikləri sorğu və monitorinqlər barədə məlumat verib. Onun sözlərinə görə, təşkilat 1 il ərzində mütəmadi olaraq hər ay ümumilikdə 3000-dən artıq respondent arasında sorğu keçirib. Sorğalarda sıravi vətəndaşlarla yanaşı, tanınmış ictimai xadimlər də iştirak edib.
Nəticələrə görə, Azərbaycanın Təhsil naziri Misir Mərdanov təhsilimizdəki islahat və yeniliklərə görə «İlin Adamı» adına layiq görülüb.
Millət vəkillərindən Qənirə Paşayeva, Fəttah Heydərov, Ülvi Quliyev, Zahid Oruc, Aqil Abbas və Fuad Muradov uşaq təşkilatları ilə sıx əməkdaşlığa görə, Nizami Cəfərov, Yaqub Mahmudov isə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2007-ci il üçün «Uşaqların Dostu» adına layiq görülüb. Milli Məclisin deputat, yazıçı-publisist Elmira Axundova isə ədəbiyyatımızın inkişafındakı əməyinə görə fərqlənib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova uşaqlara ən çox dəstək verən dövlət məmuru nominasiyası üzrə qalib olub.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytnant Vaqif Əsədov isə 2007-ci ilin ictimaiyyətə ən açıq mətbuat xidməti rəhbəri seçilib.
«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Azərbaycan Dinşünaslar Birliyinin rəhbəri Aqil Ələsgər 2007-ci ilin ən vətənpərvər QHT rəhbərləri seçiliblər.
Media qurumlarından İctimai Televiziyanın «Çarçı», «Space» televiziyasının «Hər gün», Azad Azərbaycan Televiziyasının «Son Xəbər» İnformasiya proqramları «İlin televiziya verilişləri» nominasiya üzrə fərqləniblər. «Olaylar», «Üç Nöqtə», «Şərq», «Həftə içi» ilin qəzetləri, Azəri-Press İnformasiya Agentliyi və «Azərtac» Dövlət Teleqraf Agentliyi ilin informasiya agentlikləri seçiliblər. «Azərbaycan müəllimi» qəzeti ilin ən yaxşı təhsil qəzeti, «Mediaforum» və «ANS Press» isə ilin ən yaxşı İnternet portalı adına layiq görülüblər.
Yazar: LIDER @Dekabr 24, 2007 14:20
XƏBƏR |
Baxış sayı: 83
Açar sözlər:
Bu gün Atatürk Mərkəzində «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə Azərbaycan Uşaqlarının II Qarabağ Forumu keçirdi. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı forumun məqsədlərindən danışaraq bildirdi ki, forumun keçirilməsində məqsəd azərbaycanlı uşaqların Qarabağ problemi ilə bağlı mövqeyini ictimaiyyətə çatdırmaq və Azərbaycan prezidentinin bu sahədəki fəaliyyətini dəstəkləməkdən ibarətdir. Şahbazlının sözlərinə görə, forumda səslənəcək fikirlər Azərbaycan uşaqlarının dünya birliyini sərt mesajı kimi dəyərləndirilməlidir. O, ATƏT-nin Minsk Qrpunun vasitəçiliyindən imtina edilməsinin zəruriliyi diqqətə çatdırdı.
Daha sonra çıxış edən millət vəkili Zahid Oruc forumun işini yüksək qiymətləndirərək, problemin həlli üçün uşaqların səylərinin birləşdirilməsini vacib saydı. Onun sözlərinə görə, şagirdlərimiz indii daha çox oxumalı və problem barədə dünya birliyini məlumatlandırmalıdır.
Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı çıxış edərək Dağlıq Qarabağ probleminin həllinin müharibədən keçdiyini qeyd edərək, uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğuladı.
Tədbir uşaqların «Dağlıq Qarabağ ətrafında gedən danışıqların hazırki formatı», «Dağlıq Qarabağ probleminin tarixi», «Ermənilərin Azərbaycana köçürülməsi tarixi», «Qarabağ acısı və Azərbaycan cəmiyyəti» adlı məruzələri ilə davam etdi.
Forum iştirakçıları orta məktəblərdə həftədə 1 saat Qarabağ dərslərinin keçirilməsi və müharibədən əziyyət çəkmiş uşaqlar üçün xüsusi komissiyaların yardılması təklifi ilə prezidentə müraciət ünvanladı.
Yazar: LIDER @Dekabr 23, 2007 3:39
XƏBƏR |
Baxış sayı: 84
Açar sözlər:

17 Dekabrda azərbaycanlı uşaqlar problemlə bağlı qəti mövqeyini ortaya qoyacaq
Azərbaycan Uşaqlarının II Qarabağ Forumunun vaxtı dəqiqləşib. Toplantının 17 dekabr, saat 12.00-da Atatürk Mərkəzində keçiriləcəyini deyən forumun təşkilatçısı «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı tədbirlə bağlı bütün texniki hazırlıqların başa çatdığını qeyd etdi. Onun sözlərinə görə 2007-ci Azərbaycanın ictimai-siyasi həyatında xüsusi iz qoyacaq forum, 2008-ci ildə Dağlıq Qarabağ probleminin həllində öz rolunu biruzə verəcək.
Fərid Şahbazlının sözlərinə görə, artıq uşaqların forumda çıxış edəcəyi mövzular da bəllidir və onlar Dağlıq Qarabağ probleminin və ermənilərin Azərbaycana köçürülməsi tarixi, danışıqların hazırki formatı, cəmiyyətin problemə münasibəti və digər mövzularda məruzələrlə çıxış edəcəklər.
Təşkilat sədrinin sözlərinə görə, onlar foruma müxalifəti və iqtidarı təmsil edən qonaqları dəvət etməklə uşaqların bu məsələdə Milli birlik arzuladıqlarını ifadə edəcəklər.
Toplatının sonunda qeydə alınan təkliflər ümumiləşdirilərək prezidentə göndərilməklə yanaşı, foruma dəstək verən media qurumları da elan ediləcək.
Yazar: LIDER @Dekabr 11, 2007 20:19
XƏBƏR |
Baxış sayı: 66
Açar sözlər:
Qurum XƏBƏRDARLIQ edir: Bakı Məktəblilərinin Parlamentinin rəhbərliyində dəyişiklik baş verib
Bakı Məktəblilərinin Parlamentinin(BMP) rəhbərliyində dəyişiklik baş verib. Bu barədə parlamentin təşkilat komitəsinin rəhbəri, «Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) sədri Fərid Şahbazlı məlumat verib. Onun sözlərinə görə, artıq BMP-yə1 aylıq sınaq müddətini uğurla başa vurmadığı üçün 28 parlament üzvünün 20-nin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılan Sədaqət Salmanova rəhbərlik etmir.
Fərid Şahbazlının sözlərinə görə, parlament rəhbərliyində baş verən dəyişikliklərlə bağlı olaraq GLUT Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyindən də imtina edib. Buna səbəb idarə əməkdaşlarının parlamen üzvlərinin verdiyi qərara müdaxilə etməsi olub: «İctimaiyyət və mətbuat şahiddir ki, BMP layihəsin təşkilatçısı olaraq «Gənc Liderlər» Uşaq Təşkilatı çıxış edib. Bu qurumun formalaşdırılması, təbliğatı və bu kimi digər məsələlərinin həllində əsas rol GLUT-un olub. Amma çox təəssüflə qeyd etməliyəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları bizim uşaqlar arasında demokratik dəyərləri təbliğ etmək məqsədilə təsis etdiyimiz parlamentin işinə kobud müdaxilə edərək, üzvlərin verdiyi qərarlara sayğısızlıq göstərirlər. Amma qeyd edim ki, BMP-nin formalaşdırılmasında bu idarənin rolu şagirdləri cəlb etməkdən artıq olmayıb. Bütün bunları nəzərə alaraq, təşkilatımız parlament layihəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyindən imtina edir və bundan sonra Təhsil nazirliyi ilə birgə çalışmaq qərarı verir».
Sonda «Gənc Liderlər» Uşaq Təşkilatı mətbuatı və ictimaiyyəti XƏBƏRDAR edir ki, BMP rəhbərliyində dəyişiklik baş verib və bu qurumun rəhbərliyinə seçkilər yalnız gələn il keçiriləcək.
Yazar: LIDER @Dekabr 11, 2007 20:03
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 75
Açar sözlər:
Forumun keçiriləcəyi haqqında məlumatlar Misirdəki erməni gəncləri arasında çaxnaşmayla müşahidə olunub
Dekabr ayının 2-ci ongünlüyündə «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə baş tutuacaq Azərbaycan Uşaqlarının II Qarabağ Forumuna hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı foruma beynəlxalq diqqətin artıdığını bildirib. F.Şahbazlının sözlərinə görə, artıq dəstək üçün müraciət etdikləri dörd ölkədən biri-Gürcüstandan Azərbaycan Uşaqlarının II Qarabağ Forumuna dəstək gəlib. Bu ölkəninin Gənc İntelektuallar Klubu forumun keçirilməsini yüksək qiymətləndirərək, azərbaycanlı uşaqların haqq işini dəstəklədiyini bəyan edib. Bundan əlavə Misirdəki azərbaycanlı tələbələr də təşkilata müraciət edərək, forumun bu ölkədəki erməni gəncləri arasında çaxnaşmaya səbəb olduğunu qeyd ediblər. Onlar forumun 2007-ci il Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rol oynayacağını diqqət çatdırıblar.
Daha sonra forum hazırlıq işləri barədə məlmat verən Fərid Şahbazlı deyib ki, toplatıda uşaqların Dağlıq Qarabağ probleminin tarixi, müharibə zamanı uşaq hüquqların kobudcasına pozulması, hazırki danışıqların formatı, cəmiyyətin problemə münasibəti haqqında məruzələrlə çıxış edəcək. Eyni zamanda foruma dəvət edilmiş qonaqlar problemin tarixi və hazırki durumu barədə uşaqlara məlumat verəcəklər. Onun sözlərinə görə, forumda eyni zamanda 2008-ci ilin «Gənc Liderlər» Uşaq Təşkilatı tərəfindən «Uşaq ili» elan olunacağ və bu il ərzində Qarabağ müharibəsindən əziyyət çəkən qaçqın uşaqlarına xüsusi diqqət göstəriləcək.
Yazar: LIDER @Dekabr 3, 2007 17:36
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 165
Açar sözlər:
Yazılar cəmi: 5
TƏŞKİLAT HAQQINDA
«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.
Təşkilatın təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Bakı Məktəblilərinin Parlamenti yaradılmış, Azərbaycan Uşaqların I və II Qarabağ Forumları yüksək səviyyədə-dövlət rəsmiləri, millət vəkillərinin iştirakı ilə təşkil olunmuşdur. «Gənc Liderlər» həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə bir neçə aylıq «Təhlükəsiz piyada» aksiyasının müəllifidir. Bundan əlavə, «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə millət vəkili Nizami Cəfərovun ön sözlüyü və tarix elmləri namizədi Tahir Şahbazovun redaktorluğu ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın şərəfinə «Mehriban Əliyeva olduğu kimi» adlı kitab nəşr olumuşdur. Təşkilat hələ 2 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, ölkə səviyyəsində tanınmış quruma çevrilmişdir. «Gənc Liderlər» hal-hazırda Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri, Ombudsman Aparatı, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi, Səbayel rayon İcra Hakimiyyəti və bir sıra qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir.
«Gənc Liderlər» Uşaq Təşkilatı məhsuldar fəaliyyəti nəticəsində cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazana bilmişdir. Bu gün təşkilatımızın «Fəxri üzvləri» sırasında Təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yazıçı-Publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli,«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Təhsil nazirinin müavini İradə Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Ülvi Quliyev, Zahid Oruc, Fəttah Heydərov, Nizami Cəfərov, Yaqub Mahmudov, Elmira Axundova, Aqil Abbas, Fuad Muradov, Əkrəm Abdullayev, Adil Əliyev, Aydın Mirzəzadə, Nazim Məmmədov, Azay Quliyev və digərləri var. Təşkilatın sədri Fərid Şahbazlı 7 saylı məktəbin 11-ci sinif şagirdi, «Siyasi Biliklər» və bir neçə digər olimpiadanın mükafatçısı, Respublika Uşaq Parlamentinin üzvüdür.