Foruma bir sıra xarici qonaqlar da dəvətlidir
Dekabr ayının ikinci 10-günlüyündə «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə Azərbaycan Uşaqlarının II Qarabağ Forumu keçiriləcək. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, forumun keçirilməsində məqsəd son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətə azərbaycanlı uşaqların mövqeyini açıqlamaq və problemin həllinin sürətləndirilməsi üçün təkliflər veməkdir. Onun dediyinə görə, Azərbaycan uşaqları Qarabağ problemi ətrafında baş verən hadisələrdən çox naratdır və bu forumda səslənəcək fikilər uşaqların dünya birliyinə mesajı kimi qəbul olunmalıdır.
F.Şahbazlının sözlərinə görə, forumda Bakının əksər ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, işğal olunmuş rayonları təmsil edən uşaqlar da iştirak edəcək. Forumda uşaqların məruzə ilə çıxış edəcəyini deyən təşkilat sədri toplantıya Türkiyədən də qonaqların dəvət edildiyini diqqətə çatdırdı. Foruma Milli Məclisin 11 deputatının dəstək verdiyi deyən Şahbazlı, tədbirdə dövlət nümayəndələrinin, millət vəkillərinin də iştirak edəcəyini vurğulayıb. Onun sözlərinə görə, artıq forumla bağlı dəstək verilməsi üçün Türkiyə, Rusiya, ABŞ və Gürcüstanın uşaq və gənclər təşkilatlarına məlumat göndərilib. Toplatının gedişinin işıqlandırılmasında mətbuatdan dəstək gözlədiklərini deyən Fərid Şahbazlı forumun yekunlarıyla bağlı prezidentə müraciət qəbul olucağını bildirib.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Qarabağ Forumu bu ilin iyun ayının 29-da keçirilib.
Yazar: LIDER @Noyabr 29, 2007 5:04
XƏBƏR |
Baxış sayı: 97
Açar sözlər:
Üç ay davamlı olaraq fəal olan şəxs və qurumlar «Gənc Liderlər»lə yanaşı, Türkiyə Uşaq Birliyinin də «Fəxri Diplomu»nu alacaq
«Gənc Liderlər» Uşaq Təşkilatı hər ayın fəallarını müəyyənləşdirmək məqsədi ilə ənənəvi olaraq, apardığı monitorinqlərin noyabr ayı üçün nəticələrini açıqlayıb. Bu barədə məlumatı təşkilatın sədri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, bu dəfə ki nəticələr də mətbuatın təhlili və «Gənc Liderlərin» rəsmi İnternet saytında aparılan sorğularla əldə olunub. Belə ki, sorğuda 220 respondent iştirak edib.
Nəticələrə görə, Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Səbail rayonu İcra Hakimiyyəti Başçısının I müavini Xalidə Bayramova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı və Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ayın dövlət məmurları, Fuad Muradov, Ülvi Quliyev, Aqil Abbas və Fəttah Heydərov isə ayın millət vəkilləri seçiliblər.
Media qurumlarından isə «Şərq», «Olaylar», «Üç nöqtə» və «Həftə içi» ayın qəzetləri, Azad Azərbaycan Televiziyasının «Son Xəbər» departanmenti, «Space» televiziyasının «Hər gün» informasiya proqramı isə ayın ən məhsuldar TV proqramları seçiliblər. İnformasiya agentliklərindən «Azəri-Press» İnformasiya Agentliyi, İnternet portallarından isə «Qaynar» xəbər portalı fərqlənib.
Məlumat üçün qeyd edək ki, Türkiyə Uşaq Birliyi(TUB) ilə «Gənc Liderlər» Uşaq Təşkilatı arasındakı razılaşmaya əsasən, bundan sonra təşkilatın monitorinqləri zamanı üç ay davamlı olaraq fərqlənən şəxs və qurumlar həm də TUB-un «Fəxri Diplomu»nu alacaq.
Yazar: LIDER @Noyabr 29, 2007 4:52
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 76
Açar sözlər:

«Gənc Liderlər» Uşaq Təşkilatı Dövlət Yol Polisi İdarəsi ilə birgə ««Yol iqtisadiyyatdır, həyatdır və mədəniyyətdir» adlı kompaniyaya başlayıb. Kompaniya müddətində keçiriləcək tədbirlərdə məqsəd uşaqları yol hərəkəti qaydaları haqqında maarifləndirməkdir. Artıq bu məqsədlə açılışış tədbiri keçirilib.
Kompaniya haqqında məlumat verən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı bildirdi ki, son zamanlar yol qəza hadisələri zamanı uşaq ölümünün artmasının səbəbi yol hərəkəti ilə bağlı dərslərin zəif tədris olunmasıdır. Eyni zamanda uşaqların da yol hərəkəti qaydaları haqqında yetərincə məlumatlı olmadığını deyən, təşkilat sədri kompaniya müddətində bu istiqamətdə maarifləndirmə işlərinə başlayacaqlarını dedi.
Uşaq ölümü ilə bağlı yol qəza hadisələrinin artdığını statistik göstəricilərlə əsaslandıran Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov isə bildirdi ki, bu ilin 10 ayı ərzində uşaqlara bağlı 119 fakt qeydə alınıb ki, onlarında 22-si ölümlə nəticələnib. Şöbə müdiri problemin aradan qaldırılmasında istər ailədə, istərsə də məktəbdə uşaqların maariıləndirilməsinin vacib olduğunu dedi.
Yazar: LIDER @Noyabr 19, 2007 2:52
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 121
Açar sözlər:
Bu gün «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə «Azərbaycan Türkiyə münasibətləri uşaqların gözü ilə» mövzusunda dəyirmi masa keçirildi. Türkiyə professorların iştirakı ilə baş tutan tədbirdə iki qardaş ölkə arasındakı münasibətlər araşdırılaraq, Türkiyə ətrafında son aylar baş verən olaylara münasibət açıqlanıb.
Tədbirdə çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Türkiyənin PKK-ya qarşı mübarizəsində Azərbaycanın onlara dəstək olmasının və uşaqlarımızın türkiyəli gənclərə birlik mesajı verməsinin vacibliyini vurğuladı. O, azərbaycanlı uşaqların PKK-dan Türkiyəyə qarşı terror aktlarına son qoymasını tələb etdiklərini diqqətə çatdırdı.
Daha sonra çıxış edən «Yeni Çağ» qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist, bu günlərdə Türkiyədən rəsmi səfərdən qayıdan Aqil Ələsgər xalqımızın da erməni terrorundan əziyyət çəkdiyini bildirdi. A.Ələsgər türk dünyasının 2 güclü dövlətinin- Azərbaycan və Türkiyənin terrora qarşı fəaliyyətinin yüksək effekt verəcəyini dedi.
Türkiyəli qonağ Hüseyn bəy isə çıxışında Türkiyənin Avropanın ən güclu dövlətlərindən olduğunu deyərək, bəzi dövlətlərin Azərbaycan-Türkiyə birliyindən qorxduğunu diqqətə çatdırdı.
Yazar: LIDER @Noyabr 17, 2007 3:10
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 80
Açar sözlər:
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyi noyabrın 13-dən 20-dək “Hər bir uşağa qayğı” devizi altında “Uşaq hüquqları” həftəsi keçirir.
Həftə çərçivəsində uşaqların təhsil və sosial problemləri, sağlamlıq vəziyyəti araşdırılacaq, müharibədən ziyan çəkmiş, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, zorakılığa məruz qalan uşaqların çətinlikləri aşkar ediləcəkdir. Həftə ərzində Ombudsman Aparatının, o cümlədən müvəkkilin regional mərkəzlərinin əməkdaşları ölkənin şəhər və rayonlarında uşaq hüquqları üzrə bir sıra tədbirlər də keçirəcəklər.
Həftəyə noyabrın 20-də “Azərbaycanda uşaq hüquqlarının vəziyyəti və perspektivləri” mövzusunda konfransla yekun vurulacaq.
Yazar: LIDER @Noyabr 13, 2007 21:50
XƏBƏR |
Baxış sayı: 84
Açar sözlər:
Yazılar cəmi: 13
Sonrakı səhifə »
TƏŞKİLAT HAQQINDA
«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.
Təşkilatın təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Bakı Məktəblilərinin Parlamenti yaradılmış, Azərbaycan Uşaqların I və II Qarabağ Forumları yüksək səviyyədə-dövlət rəsmiləri, millət vəkillərinin iştirakı ilə təşkil olunmuşdur. «Gənc Liderlər» həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə bir neçə aylıq «Təhlükəsiz piyada» aksiyasının müəllifidir. Bundan əlavə, «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə millət vəkili Nizami Cəfərovun ön sözlüyü və tarix elmləri namizədi Tahir Şahbazovun redaktorluğu ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın şərəfinə «Mehriban Əliyeva olduğu kimi» adlı kitab nəşr olumuşdur. Təşkilat hələ 2 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, ölkə səviyyəsində tanınmış quruma çevrilmişdir. «Gənc Liderlər» hal-hazırda Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri, Ombudsman Aparatı, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi, Səbayel rayon İcra Hakimiyyəti və bir sıra qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir.
«Gənc Liderlər» Uşaq Təşkilatı məhsuldar fəaliyyəti nəticəsində cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazana bilmişdir. Bu gün təşkilatımızın «Fəxri üzvləri» sırasında Təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yazıçı-Publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli,«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Təhsil nazirinin müavini İradə Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Ülvi Quliyev, Zahid Oruc, Fəttah Heydərov, Nizami Cəfərov, Yaqub Mahmudov, Elmira Axundova, Aqil Abbas, Fuad Muradov, Əkrəm Abdullayev, Adil Əliyev, Aydın Mirzəzadə, Nazim Məmmədov, Azay Quliyev və digərləri var. Təşkilatın sədri Fərid Şahbazlı 7 saylı məktəbin 11-ci sinif şagirdi, «Siyasi Biliklər» və bir neçə digər olimpiadanın mükafatçısı, Respublika Uşaq Parlamentinin üzvüdür.