Reklam verin!

GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI ETİRAZ EDİR

Fərid Şahbazlı: «Uşaqların hansısa məmurların, iş adamlarının özlərinin və övladlarının harınlığı ucbatından dünyasını dəyişməsini belə sakitliklə qarşılamaq biabırçılıqdır»

Qurum  Dövlət Yol Polis İdarəsi ilə maarifləndirici tədbirlərə başlayacaq

«Gənc Liderlər» Uşaq Təşkilatı son aylar artan yol qəza hadisələri zamanı statistik məlumatlara əsasən, hər 10 zərərçəkəndən 5-nin uşaqlar olmasından narahatlığını ifadə edən bəyanat yayıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı yol-qəza hadisələrinin əksəriyyətinin uşaqların zərər çəkməsi ilə nəticələnməsinin cəmiyyət üçün siqnal olduğunu bildirib. Əlaqədar dövlət qurumlarının bu məsələyə xüsusi diqqət ayırmalı olduğunu bildirən təşkilat sədri uşaqların bu məsələylə bağlı kəskin etirazını diqqətə çatdırdı: «Gələcəyimiz sayılan uşaqların hansısa məmurların, iş adamlarının özlərinin və övladlarının harınlığı ucbatından dünyasını dəyişməsini cəmiyyətin susqunluğla qarşılaması anlaşılan deyil. Dövlət başçısının görünüşü məhdudlaşdıran pərdələrdən istiadə etmədiyi halda, adı bizə bəlli olan bir sıra millət vəkillərinin və nazirlik əməkdaşlarının  avtobillərinin «plonka» ilə əhatələnməsi və hələ də real təhlükə mənbəyi olaraq qalması bizim üçün siqnal olmalıdır.  Əlaqədar dövlət qurumları, xüsusilə də Dövlət Yol Polisi İdarəsi uşaqların ölümü nəticələnən qəzaların müxtəlif yollarla ört-basdır edilməsinə son qoymalıdır. Diqqətlə nəzərdan keçirsək, görərik ki, bu cür ciddi faktları susqunluqla qəbul etməklə bir növ gələcəyimizi təhlükə altına alırıq, sabahımız olan uşaqların qanını batırırıq. «Gənc Liderlər» Uşaq Təşkilatı bu olanlardan çox narahatdır və nəticə olmazsa yol polisinə yardım etmək üçün əlində olan faktları mətbuata açıqlayacaq. İnanırıq ki, həmişə olduğu kimi uşaqların taleyi ilə bağlı bu məsələdə də mətbuat bizdən köməyini əsirgəməyəcək!».

Qurum noyabr ayından başlayaraq, Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqəlar və nəqliyyatın təhlükəsizliyi bölməsi ilə 1 aylıq maarifləndirici kompaniyaya başlayacaq.

Yazar: LIDER @Oktyabr 25, 2007 3:41
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 86
Açar sözlər:
Bookmark and Share

«GƏNC LİDERLƏR» UŞAQ TƏŞKİLATI AVROPA UŞAQ BİRLİYİNİN SIRALARINI TƏRK ETDİ

Qurum EUROCHİLD AİSBL-da erməni uşaqlarına qarşı zorakılığı əks etdirən qətnamənin qəbuluna etiraz olaraq təşkilatdan istefa verdi

«Gənc Liderlər» Uşaq Təşkilatın bir müddət öncə üzvlüyünə qəbul olunduğu Avropa Uşaq Birliyinin(EUROCHİLD AİSBL) sıralarını tərk edib. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı məlumat verib.

Onun sözlərinə görə, birliyin sıralarından istefa vermələrinə səbəb Avropa Uşaq Birliyinin(AUB) oktyabr ayının 15-də keçirilmiş iclasında işğalçı Ermənistan nümayəndələrinin təqdimatı əsasında Azərbaycan və Türkiyə dövlətləri tərəfindən erməni uşaqlarına təzyiqlərin olması barədə qətnaməninin qəbul olunmasıdır. 11 ölkənin nümayəndəsinin təsdiqlədiyi qətnaməyə görə, Türkiyə və Azərbaycan ermənilərə qarşı ayrı-ayrı zamanlarda törətdiyi soyqırımlar zamanı erməni uşaqlarına qarşı məqsədli şəkildə amansızlıq nümayiş etdirilib.  Təşkilat sədri deyir ki, AUB keçirdiyi hər bir iclas barədə quruma üzv olan təşkilatlara  məlumat verməyə borclu olduğu halda, bu dəfə ki, toplantı barədə «Gənc Liderlər»ə yalnız qətnamə qəbul olunduğdan sonra informasiya göndərib. «Gənc Liderlər» Uşaq Təşkilatı isə bütün bu olanlara etiraz əlaməti olaraq, quruma sıralarından istefa verdikləri barədə məktub göndərib. Məktubda qətnaməni qəbul etmiş 11 ölkənin nümayəndələrinə qondarma erməni iddialarını qəbul etmələri uşaq hüquqlarına qarşı sayğısızlıq və bu barədə Azərbaycan təmsilçilərinə sonradan məlumat verilməsi ayrı-seçkilik kimi dəyərləndirilib.

Yazar: LIDER @Oktyabr 22, 2007 0:12
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(1)
Baxış sayı: 104
Açar sözlər:
Bookmark and Share

MƏTBUAT ÜÇÜN MƏLUMAT

«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü və Təhsil Nazirliyininin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə yaradılan Bakı Məktəblilərinin Parlamentinin(BMP) təqdimat mərasimi keçiriləcək.  Paytaxtın 15 ən yaxşı məktəbindən 20 məktəbli-deputatın seçildiyi BMP-nin əsas məqsəd və prinsipləri Bakı şəhərinin təhsil ocaqlarına ictimai nəzarəti həyata keçirmək və məktəblilərin ictimai fəaliyyət sferasını genişləndirməkdən ibarətdir.
Məlumat üçün qeyd edək ki, Bakı Məktəblilərinin Parlamentinin Təşkilat Komitəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatı Azərbaycan Uşağdan Uşağa Sülh Şəbəkəsi, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və bir sıra Milli Məclis üzvləri daxil edilib.

ZAMAN: 31 OKTYABR, 2007-Cİ İL, SAAT 12.00 

MƏKAN: ATATÜRK MƏRKƏZİ

Yazar: LIDER @Oktyabr 19, 2007 3:52
XƏBƏR | Şərhlər(0)
Baxış sayı: 85
Açar sözlər:
Bookmark and Share

BAKI MƏKTƏBLİLƏRİNİN PARLAMENTİNƏ SƏDAQƏT SALMANOVA SƏDRLİK EDƏCƏK

BMP-nin rəhbərliyinə keçirilən seçkilər başa çatdı

«Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə formalışdırılan Bakı Məktəblilərinin Parlamentinin(BMP) rəhbərliyinə seçkilər keçirilib. Bu barədə məlumat verən GLUT-un «Layihələr» departanmentinin rəhbəri Tural Əliyevin sözlərinə görə, seçkilər müxtəlif ictimai təşkilat və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tam demokratik formada baş tutub.

Seçkinin nəticələrinə görə, bir il ərzində Bakı Məktəblilərinin Parlamentinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin «Qızıl onluğu»nda birinci yeri tutan Texniki-Humanitar liseyin şagirdi Sədaqət Salmanova sədrlik edəcək. Seçimlərin nəticəsi olaraq, sədrin I və II müavini postuna müvafiq olaraq, 59 saylı məktəbin şagirdləri Aişə Məmiyeva və Sənan Məmmədov seçilib. Parlamentinin Mərkəzi İcra Aparatına isə seçkilərin nəticəsinə görə, 214 saylı məktəbin şagirdi Ləman Dadayeva rəhbərlik edəcək.

T.Əliyevin sözlərinə görə, Hüquq Komissiyasına 7 saylı məktəbin şagirdi Etibar Hüseynov, Beynəlxalq əlaqələr komissiyasına 214 saylı məktəbin şagirdi Məltəm Kərimova, Qarabağ komissiyasına 158 saylı məktəbin şagirdi Möhsümlü Əfsanə, Təhsil, Ekologiya və İdman Komissiyalarına isə müvafiq olaraq 47 saylı məktəbin şagirdləri Yalçın Hacıyev, Nərmin Əzimzadə və Ülvi Əsədli sədrlik edəcək. Bakı Məktəblilərinin Parlamentində Çoxluq Təşkil edən Deputat Fraksiyası postuna  isə 23 saylı məktəbin şagirdi  Nərmin Şirinova seçilib.

Bakı Məktəblilərinin Parlamentinin ictimaiyyətə təqdimat mərasimi 31 oktyabr, saat 12.00-da Atatürk Mərkəzində keçiriləcək.

Yazar: LIDER @Oktyabr 16, 2007 2:20
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(1)
Baxış sayı: 96
Açar sözlər:
Bookmark and Share

BAKI MƏKTƏBLİLƏRİNİN PARLAMETİNƏ(BMP) SƏDR SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Fərid Şahbazlı: «Bizə dəstək olan bütün media qurumlarına minnətdarıq»

«Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) təşəbbüsü  və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə formalaşdırılan Bakı Məktəblilərinin Parlamentinin(BMP) üzvləri artıq məlumdur. Bu barədə məlumat verən  GLUT sədri, parlamentin formalaşdırılması üzrə təşkilat komitəsinin əlaqələndiricisi Fərid Şahbazlı yaxın günlərdə BMP-nin sədr postuna seçkilərin keçiriləcəyini dedi. Onun sözlərinə görə, bu seçimlərdə həm də Parlament sədrinin I və II müavini seçiləcək. BMP tərkibində «Elm və Təhsil», «Uşaq hüquqları», «Beynəlxalq və ictimaiyyətlə əlaqələr», «İqtisadiyyat», «Qarabağ» komissiyaları ilə yanaşı, həm də Mərkəzi İcra Aparatı(MİA) fəaliyyət göstərəcək.

Bakı Məktəblilərin Parlamentinin Təşkilat komitəsinin üzvləri barədə məlumat verən F.Şahbazlı komitəyə üzvlərin müraciətlər əsasında seçildiyini bildirib. Təşkilat komitəsinə media qurumlarından isə bu layihəyə ən çox dəstək verən və işıqlandıran mətbu orqanlar «Gənc Liderlər» tərəfindən könüllü olaraq daxil edilib. Belə ki, parlamentin təşkilat komitəsinə Milli Məclisin 10 deputatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə yanaşı, İctimai Televiziya və Radio yayımları Şirkəti, «Olaylar» İnformasiya Agentliyi, «Üç nöqtə», «Şərq», «525-ci qəzet», «Yeni Azərbaycan» qəzetləri və «Mediaforum» və «ANS PRESS» informasiya saytları daxil edilib.

Fərid Şahbazlı layihəyə dəstək verən bütün media qurumlarına minnətdar olduqlarını və BMP-nin təqdimat mərasimini oktyabr ayının sonları-noyabr ayının əvəllərində keçirəcəklərini deyib.

Yazar: LIDER @Oktyabr 10, 2007 12:15
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI | Şərhlər(0)
Baxış sayı: 98
Açar sözlər:
Bookmark and Share