Reklam verin!
Yuma Ailə Jurnalı

ŞOK! UŞAQLAR ARASINDA RADİKAL VƏHABİLİYİ QƏBUL EDƏNLƏRİN SAYI DURMADAN ARTIR

Yazar: LIDER @ Sentyabr 24, 2007 0:06

«Gənc Liderlər» Uşaq Təşkilatı İranın ideyalarını yaymaq müqabilində uşaqlara Qum şəhərində pulsuz təhsil almaq vəd olunduğunu üzə çıxardı

«Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) quruma daxil olan müraciətlər əsasında apardığı növbəti monitorinqləri başa çatdırıb. Bu barədə məlumat verən, təşkilatın sədri Fərid Şahbazlı deyir ki, aparılan araşdırmalar zamanı olduqca gözlənilməz və şok məlumatlarla qarşılaşıblar. Belə ki, təşkilatın apardığı müşahidələr və daxil olan müraciətlər nəticəsində bəlli olub ki, ölkədəki radikal dini missionerlərin fəaliyyəti nəticəsində uşaqlara qeyri-ənənəvi dinlərin təsiri güclənib. Təşkilat sədrinin sözlərindən bəlli oldu ki, konkret olaraq son aylar radikal vəhabiliyi təbliğ edən qüvvələrin səyi nəticəsində uşaqlar arasında bu dinin radikal qanadına qoşulanların sayı durmadan artır. F.Şahbazlının sözlərinə görə, məktəb yaşlı uşaqları müxtəlif şirnikləndirici vədlərlə sıralarına qoşmağı bacaran dini missionerlər onlardan radikal vəhabiliyin ideyalarını yaşıdları arasında yaymaq məqsədi ilə istifadə edir. GLUT-un apardığı araşdırmalar zamanı bəlli olub ki, qeyri-ənənəvi dinləri təbliğ edən məcsid və mədrəsələrə daha çox Nəsimi, Yasamal rayonlarının ərazilərində təsadüf olunur. Təşkilata daxil olan məlumatda deyilir ki, uşaqlara bu dini qəbul etmək müqabilində maddi vəsaitdən tutmuş oyun komputerlərinə qədər müxtəlif əşyalar hədiyyə edilir.

«Gənc Liderlər» Uşaq Təşkilatının sədri deyir ki, rəhbərlik etdiyi qurumun apardığı monitoriqlər zamanı bir sıra məscid və mədrəsələrdə İranın ideyalarını təbliğ edən xüsusi dini missionerlər fəaliyyət göstərdiyi üzə çıxıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bu şəxslər yalnız uşaq və gənclərin bu işə  cəlb edilməsinə təhkim olunub. Onlara yaxın olan mənbələrdən təşkilata verilən məlumata görə, artıq belə uşaqların sayı durmadan artır və onlar «Bizim əsl vətənimiz İrandır» deyə fikirlər işlədir, kiçik yaşlı qızlar isə farslara məxsus geyimlər geyinirlər. Təşkilat əldə etdiyi daha bir informasiyada isə deyilir ki, uşaqlara İranın ideyalarını təbliğ etmək müqabilində Qum şəhərində pulsuz təhsil almaq vəd olunur.

Təşkilat araşdırmaları davam etdirir.





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha