Fərid Şahbazlı: "Azərbaycan idarə olunan porno saytların sayı 1000-ə yaxınlaşır"
Ötən gün «Gənc Liderlər» Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda bir sıra cari və təşkilatı məsələlərlə yanaşı, son günlər ictimaiyyətin diqqətində olan uşaq pornoqrafiyası da müzakirə mövzusu olub. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub.
Xəbərə görə, toplantıda çıxış edən «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Azərbapycan gənclərinin və uşaqlarının mənəviyyatıının ciddi təhlükə altında olduğunu diqqətə çatdıraraq, təşkilatın apardığı araşdırmalar zamanı son 1 il ərzində ölkəmizdən idə olunan porno saytların sayının 1000-ə çatdığını qeyd edib. Təşkilat sədri bu cür saytlarda kiçik yaşlı uşaqların cinsi istismara məruz qalması, onların üzərinlə müxtəlif zorakı işgəncələrin tətbiq olunması, bir sözlə olduqca iyrənc porno görüntülərin yayımlanmasını gələcəyimizh və mənəviyyatımız üçün ciddi təhlükə saçdığını söyləyib. Son vaxtlar bu cür saytların «wap» İnternet proqramı vasitəsi ilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan, Şahbazlı artıq istənilən uşaağın rahatlıqla bu cür əxlaqsız saytları izləmək imkanını olduğunu vurğulayıb.
Davamı...
Yazar: LIDER @İyul 8, 2008 13:27
XƏBƏR |
Baxış sayı: 2
Açar sözlər:
«Gənc Liderlər» Azərbaycanın səfirliklərinə müraciət etməklə yanaşı, regionlara səfərə çıxır
«Gənc Liderlər» Uşaq Təşkilatının Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Qarabağa hücumlar zamanı 100-dən artıq uşağın ölümünə icraçılıq etdiyi üçün beynəlxalq səviyyədə «Uşaqların düşməni» kimi tanınması istiqamətinlə apardığı aksiya davam edir. Bu barədə məlumatı «Gənc Liderlər» Uşaq Təşkilatının sədri, aksiya ilə bağlı yaradılmış Təbliğat Komitəsinin rəhbəri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, artıq bir neçə aydır ki, davam edən aksiyanın birinci mərhələsi artıq başa çatıb. F.Şahbazlının sözlərinə görə, birinci mərhələdə «Gənc Liderlər» R.Köçəryanın «Uşaqların düşməni» kimi tanınması üçün 100-ə yaxın beynəlxalq təşkilata müraciət edib, millət vəkillərinin iştirakı ilə «dəyirmi masa»lar təşkil edib. Ancaq beynəlxalq təşkilatların bu məsələdə də ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini deyən Şahbazlı artıq aksiyanın yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı:
Davamı...
Yazar: LIDER @İyul 1, 2008 12:49
XƏBƏR |
Baxış sayı: 6
Açar sözlər:
Azərbaycanın ən nüfuzlu uşaq təşkilatı orduya dəstək aksiyasına start verəcək
«Gənc Liderlər» Uşaq Təşkilatı iyunun 25-də təşkilatın mərkəzi qərargahında Azərbaycan Ordusunun 90 illiyinə həsr olunmuş «Azərbaycan ordusu uşaqların gözü ilə» mövzusunda dəyirmi masa təşkil edəcək. Bu barədə məlumatı təşkilatın sədri Fərid Şahbazlı verib. Təşkilat sədrinin sözlərinə görə, təşkil olunacaq tədbir daha çox maarifləndirici xarakter daşıyır. Bu gün uşaq və yeniyetmələrdə ordusu ilə bağlı çoz az informasiyanın olduğunu qeyd edən Şahbazlı dəyirmi masada tanımıq ictimai xadimlərin və tarixçilərin uşaqlarla bu mövzuda müzakirlər aparacağını bildirdi. Təşkilatın rəhbəri tədbirdə tarixçilərin Azərbaycan ordusunun tarixi barədə məlumat verəcəyini, hər bir gəncin ordunun qüdrətlənməsinə çalışmasının vacibliyini vurğulayacaqlar.
Davamı...
Yazar: LIDER @İyun 21, 2008 4:10
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 19
Açar sözlər:
Mehriban Əliyevanın YUNİSEF-in «Xoşməralı səfiri» seçilməsi üçün 1000-ə yaxın imza quruma təqdim olunacaq
«Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə Heydər Əliyev Fondunun prezideti, millət vəkili Mehriban Əliyevanın YUNİSEF-in «Xoşməramlı səfiri» seçilməsi üçün başlayan dəstək kompaniyası yekunlaşmaq üzrədir. Bu barədə açıqlamasında «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı məlumat verib. Onun sözlərin görə, artıq əksək texniki işlər başa çatmaq üzrədir. «Gənc Liderlər» iyun ayının sonu-iyulun əvvəllərində Mehriban Əliyevanın «Xoşməramlı səfir» seçilməsi üçün 1000-ə yaxın imzanı YUNİSEF-in Azərbaycan nümayəndəliyinə təqdim edəcək.
Davamı...
Yazar: LIDER @İyun 19, 2008 12:17
GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATI |
Baxış sayı: 20
Açar sözlər:
Məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanır
ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub. Tulin Daloğlunun müəllifi olduğu məqalə “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı” adlanır.
Davamı...
Yazar: LIDER @İyun 19, 2008 3:28
XƏBƏR |
Baxış sayı: 26
Açar sözlər:
«Gənc Liderlər» Uşaq Təşkilatının sədri, 7 saylı məktəbin şagirdi Fərid Şahbazlı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 15 İyun Qurtuluş Günü ilə bağlı Bakı məktəbliləri arasında keçirdiyi inşa-yazı müsübiqəsinin qaliblərindən olub. Bu barədə məlumat qurumun Mətbuat Xidmətindən daxil olub. Məlumata görə, onlara şagirdin qatlıdığı müsabiqədə qalibləri xüsusi münsiflər heyəti seçib. Fərid Şahbazlının da qalib olduğunu müsabiqəninin qaliblərinin yazılarından ibarət «Bizim Qurtuluş Günümüz» adlı kitab nəşr olunub və qaliblər bu gün keçirilən tədbirdə diplomla təltif olunub.
Fərid Şahbazlıya diplomu professor, Slavyan Universitetinin prorektoru Asif Hacıyev təqdim edərək, «Gənc Liderlər»in rəhbərinin yazdığı məqaləninin əhəmiyyətini qeyd edib.
Yazar: LIDER @İyun 13, 2008 17:27
XƏBƏR |
Baxış sayı: 25
Açar sözlər:
GƏLƏCƏYİMİZ TƏHLÜKƏDƏ!!!
Yeniyetmə oğlanların 40% siqaretə qurşanıb
«Gənc Liderlər» Uşaq Təşkilatı Azərbaycan ictimaiyyətinə müraciət edib. Təşkilatın Mətbuat xidmətindən daxil olan xəbərə görə, müraciətdə ölkə ictimaiyyətinə son illər uşaqlar arasında geniş yayılmış və getdikcə ciddiləşən siqarət aludəçiliyinə qarşı birgə mübarizə aparmağın artıq zərurət olduğunu qeyd olunur.
Davamı...
Yazar: LIDER @İyun 12, 2008 16:41
XƏBƏR |
Baxış sayı: 28
Açar sözlər:
Yazılar cəmi: 135
Sonrakı səhifə »
Reklam
TƏŞKİLAT HAQQINDA
«Gənc Liderlər» Uşaq Təşkilatı 2006-ci il İyun ayının 1-i Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub.
Təşkilatın təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Bakı Məktəblilərinin Parlamenti yaradılmış, Azərbaycan Uşaqların I və II Qarabağ Forumları yüksək səviyyədə-dövlət rəsmiləri, millət vəkillərinin iştirakı ilə təşkil olunmuşdur. «Gənc Liderlər» həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə bir neçə aylıq «Təhlükəsiz piyada» aksiyasının müəllifidir. Bundan əlavə, «Gənc Liderlər» Uşaq Təşkilatının təşəbbüsü ilə millət vəkili Nizami Cəfərovun ön sözlüyü və tarix elmləri namizədi Tahir Şahbazovun redaktorluğu ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın şərəfinə «Mehriban Əliyeva olduğu kimi» adlı kitab nəşr olumuşdur. Təşkilat hələ 2 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, ölkə səviyyəsində tanınmış quruma çevrilmişdir. «Gənc Liderlər» hal-hazırda Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman Nazirlikləri, Ombudsman Aparatı, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi, Səbayel rayon İcra Hakimiyyəti və bir sıra qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir.
«Gənc Liderlər» Uşaq Təşkilatı məhsuldar fəaliyyəti nəticəsində cəmiyyətin bütün təbəqələrinin dəstəyini qazana bilmişdir. Bu gün təşkilatımızın «Fəxri üzvləri» sırasında Təhsil naziri Misir Mərdanov, Ombudsman Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yazıçı-Publisist, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli,«Azəri-Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Təhsil nazirinin müavini İradə Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Ülvi Quliyev, Zahid Oruc, Fəttah Heydərov, Nizami Cəfərov, Yaqub Mahmudov, Elmira Axundova, Aqil Abbas, Fuad Muradov, Əkrəm Abdullayev, Adil Əliyev, Aydın Mirzəzadə, Nazim Məmmədov, Azay Quliyev və digərləri var. Təşkilatın sədri Fərid Şahbazlı 7 saylı məktəbin 11-ci sinif şagirdi, «Siyasi Biliklər» və bir neçə digər olimpiadanın mükafatçısı, Respublika Uşaq Parlamentinin üzvüdür.